Ordubad rayonunda torpaqların təyinatı üzrə istifadəsi və mühafizəsi sahəsində görülən işlər müzakirə olunub

Dekabr ayının 19-da Ordubad  Rayon İcra Hakimiyyətində torpaqların təyinatı üzrə istifadəsi və mühafizəsi sahəsində görülən işlərin müzakirəsinə həsr olunan tədbir keçirilib.

Torpaq üzərində mülkiyyət hüququnun pozulmasının hüquqi nəticələri ilə əlaqədar Ordubad Rayon İcra Hakimiyyətində keçirilən müşavirəni İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov açıb.

Sonra Ordubad rayon prokuroru, ədliyyə müşaviri Kənan Seyidovun məruzəsi dinlənilib. Qeyd olunub ki, dövlət tərəfindən torpaqların mühafizəsi, təyinatı üzrə istifadəsi, qeyri-qanuni istifadə hallarının qarşısının alınması məqsədilə mühafizə zonaları müəyyənləşdirilib. Mühafizə və sanitariya zonaları qoruq torpaqlarının, yaşayış məntəqələrinin, sağlamlaşdırma zonalarının, çayların, bulaqların, su hövzələrinin, avtomobil və dəmir yollarının, elektrik xətlərinin ətrafında yaradılır. Mühafizə zonaları ilə bağlı qanunvericiliyin tələblərinə müvafiq qurumların, fiziki və hüquqi şəxslərin əməl etməsi vacibdir.

Şahbuz rayonunda torpaqların təyinatı üzrə istifadəsi və mühafizəsi sahəsində görülən işlər müzakirə olunub

Dekabr ayının 19-da Şahbuz Rayon İcra Hakimiyyətində torpaqların təyinatı üzrə istifadəsi və mühafizəsi sahəsində görülən işlərin müzakirəsinə həsr olunan tədbir keçirilib.

Torpaq üzərində mülkiyyət hüququnun pozulmasının hüquqi nəticələri ilə əlaqədar Şahbuz Rayon İcra Hakimiyyətində keçirilən müşavirəni İcra Hakimiyyətinin başçısı Rafael Babayev açıb.

Sonra Şahbuz rayon prokuroru, kiçik ədliyyə müşaviri Daşqın Rəhimovun məruzəsi dinlənilib. Qeyd olunub ki, dövlət tərəfindən torpaqların mühafizəsi, təyinatı üzrə istifadəsi, qeyri-qanuni istifadə hallarının qarşısının alınması məqsədilə mühafizə zonaları müəyyənləşdirilib. Mühafizə və sanitariya zonaları qoruq torpaqlarının, yaşayış məntəqələrinin, sağlamlaşdırma zonalarının, çayların, bulaqların, su hövzələrinin, avtomobil və dəmir yollarının, elektrik xətlərinin ətrafında yaradılır. Mühafizə zonaları ilə bağlı qanunvericiliyin tələblərinə müvafiq qurumların, fiziki və hüquqi şəxslərin əməl etməsi vacibdir.

Culfa rayon prokurorluğu tərəfindən maarifləndirici tədbir keçirilib

Dekabr ayının 18-də Culfa rayon prokurorluğunun əməkdaşlarının iştirakı ilə rayonun Qazançı kənd tam orta məktəbində  yuxarı sinif şagirdləri ilə maarifləndirici tədbir keçirilib.

Tədbirdə rayon prokuroru, kiçik ədliyyə müşaviri Qalib İsmayılov gənc nəslin düzgün yetişdirilməsinin ölkə siyasətində önəmli yer tutduğunu, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin uğurla davam etdirildiyini, yeni tikilən Qazançı kənd tam orta məktəbinin timsalında bunun bir daha bariz nümunəsi olduğunu bildirdi.

Rayon prokurorluğunun əməkdaşı Afət Kərimli “18 yaşına çatmamış şəxslərin əməyindən istifadənin xüsusiyyətləri və bunların pozulmasına görə məsuliyyət” mövzu ilə çıxış edərək bildirdi ki, Azərbaycan Respublikası Konstitusiyasında uşaqların qayğısına qalmaq və onları tərbiyə etməyin valideynlərin borcu olması, valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqların dövlətin himayəsində olması, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etməyin qadağan olunması, 15 yaşına çatmamış uşaqların işə götürülə bilməməsi və uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət etməsi birbaşa təsbit olunmuşdur. Daha sonra Afət Kərimli 18 yaşına çatmamış şəxslərin əməyindən istifadənin xüsusiyyətləri və bunların pozulmasına görə məsuliyyət barədə tədbir iştirakçılarına məlumat verdi.

Naxçıvan şəhərində torpaqların təyinatı üzrə istifadəsi və mühafizəsi sahəsində görülən işlər müzakirə olunub

Dekabr ayının 18-də Naxçıvan Şəhər İcra Hakimiyyətində torpaqların təyinatı üzrə istifadəsi və mühafizəsi sahəsində görülən işlərin müzakirəsinə həsr olunan tədbir keçirilib.

Torpaq üzərində mülkiyyət hüququnun pozulmasının hüquqi nəticələri ilə əlaqədar Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən müşavirəni İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov açıb.

Sonra Naxçıvan şəhər prokuroru, baş ədliyyə müşaviri Elsevər Quliyevin məruzəsi dinlənilib. Qeyd olunub ki, dövlət tərəfindən torpaqların mühafizəsi, təyinatı üzrə istifadəsi, qeyri-qanuni istifadə hallarının qarşısının alınması məqsədilə mühafizə zonaları müəyyənləşdirilib. Mühafizə və sanitariya zonaları qoruq torpaqlarının, yaşayış məntəqələrinin, sağlamlaşdırma zonalarının, çayların, bulaqların, su hövzələrinin, avtomobil və dəmir yollarının, elektrik xətlərinin ətrafında yaradılır. Mühafizə zonaları ilə bağlı qanunvericiliyin tələblərinə müvafiq qurumların, fiziki və hüquqi şəxslərin əməl etməsi vacibdir.

Sədərək rayonunda torpaqların təyinatı üzrə istifadəsi və mühafizəsi sahəsində görülən işlər müzakirə olunub

Dekabr ayının 18-də Sədərək Rayon İcra Hakimiyyətində torpaqların təyinatı üzrə istifadəsi və mühafizəsi sahəsində görülən işlərin müzakirəsinə həsr olunan tədbir keçirilib.

Torpaq üzərində mülkiyyət hüququnun pozulmasının hüquqi nəticələri ilə əlaqədar Sədərək Rayon İcra Hakimiyyətində keçirilən müşavirəni İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov açıb.

Sonra Sədərk rayon prokuroru, kiçik ədliyyə müşaviri Valid Mustafayevin məruzəsi dinlənilib. Qeyd olunub ki, dövlət tərəfindən torpaqların mühafizəsi, təyinatı üzrə istifadəsi, qeyri-qanuni istifadə hallarının qarşısının alınması məqsədilə mühafizə zonaları müəyyənləşdirilib. Mühafizə və sanitariya zonaları qoruq torpaqlarının, yaşayış məntəqələrinin, sağlamlaşdırma zonalarının, çayların, bulaqların, su hövzələrinin, avtomobil və dəmir yollarının, elektrik xətlərinin ətrafında yaradılır. Mühafizə zonaları ilə bağlı qanunvericiliyin tələblərinə müvafiq qurumların, fiziki və hüquqi şəxslərin əməl etməsi vacibdir.