Şərur rayon prokurorluğunda seminar keçirilib

 Yanvar ayının 7 -də Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və informasiya şöbəsinin təşkilatçılığı ilə Şərur rayon prokurorluğunda “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin  tələblərindən irəli gələn vəzifələrin və Bеynəlхаlq Prоkurоrlаr Аssоsiаsiyаsının prоkurоrlаr üçün müəyyən еtdiyi pеşəkar məsuliyyət standartları, prokurorların əsаs vəzifələri və hüquqları və Cinаyət mühаkimə icraatı sistеmində prоkurоrluğun rоlu hаqqındа Аvrоpа Şurаsı Nаzirlər Kоmitəsinin 6 оktyаbr 2000-ci il tаriхli 19 sаylı Tövsiyələrinin nəzərə аlınmаsı” mövzusunda seminar keçirilib.

TƏLƏBƏLƏRLƏ KEÇİRİLƏN GÖRÜŞLƏR YEKUNLAŞIB

 Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamının icrası ilə əlaqədar 12 noyabr 2018-ci il tarixdən Naxçıvan Şəhər Prokurorluğunda təcrübədə olan Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə 4-cü kurs tələbələri ilə keçirilən görüşlər artıq yekunlaşıb.

 Naxçıvan Şəhər Prokurorluğunda olduqları müddətdə prokurorluğun fəaliyyət istiqamətləri, vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında tələbələrə ətraflı məlumat verilib. Tələbələr prorkurorluqdakı qanunvericilik bazası və qanunvericiliyin sistemləşdirilməsi işi ilə də yaxından tanış olublar.

Hüquqi maarifləndirmə tədbirləri davam etdirilir

 Yaşadığımız hüquqi, demokratik və dünyəvi bir cəmiyyətdə vətəndaşların sağlam hüquqi düşüncəyə və yüksək hüquq mədəniyyətinə malik olmaları böyük əhəmiyyət kəsb edir. Hüquq düşüncəsi-insanların hüquqa, qanunçuluğa və ədalət mühakiməsinə münasibətinin, onların nəyin hüquqi və nəyin hüquqa zidd olması haqqındakı təsəvvürlərinin və ideyaların cəmini özündə birləşdirir. Cəmiyyətin hüquq mədəniyyətinə onun hüquq düşüncəsinin səviyyəsi, ictimаi şüurun hüquqа münаsibəti əhəmiyyətli dərəcədə təsir edir. Onu yüksəltmək üçün hüququn təbliği işi yüksək səviyyədə təşkil olunmalı, hüquqi dövlət quruculuğunun vacib elementi kimi qəbul olunmalıdır. Vətəndаşın hüquq mədəniyyəti оnun öz hüquqlаrını dürüst bilməsi, hаbеlə öz vəzifələrini layiqincə yеrinə yеtirməsindən asılıdır. Hüquq təbliğatın zəif оlmаsı, təzаdlı, düzgün оlmаyаn tərbiyə ilə cəmiyyətdə hüquq pozuntularının sayının artması arasında səbəbli əlaqə heç kimdə şübhə yaratmır. Bu səbəbdən hüquq tərbiyəsi, hüququn təbliği və qanunvericiliyin izahı cinаyətkarlığın qаrşısının аlınmаsındа ən mühüm vаsitə kimi nəzərdən keçirilməlidir.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları Naxçıvan Duz Müzeyində olublar

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları dekabr ayının 29-da Naxçıvan Duz Müzeyində olublar.    

  Müzeylətanışlıq zamanı qeyd olunub ki, Naxçıvan Duz Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 12 sentyabr 2017-ci il tarixli Sərəncamına əsasən yaradılıb. Muzeyin yaradılmasında əsas məqsəd Naxçıvan duzunun tarixdə oynadığı mühüm rolu dünyaya çatdırmaq, aparılan elmi tədqiqatların nəticələrinin sistemləşdirilməsini, elmi araşdırmalar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələrinin qorunub saxlanılmasını və təbliğini təmin etməkdir.

 Naxçıvan Muxtar Respublikası qədim tarixə və mədəniyyətə malikdir. Tarixdə ilk dəfə olaraq yunan alimi Klavdi Ptolomey bizim eranın ikinci əsrində Naxçıvanı Nuh Peyğəmbərin məskəni kimi xatırlatmışdır. Sonrakı dövrlərdə dünyanın fərqli ölkələrindən buraya səfər etmiş səyyah və coğrafiyaşünasların əsərlərində də Naxçıvanın Nuhla bağlılığı diqqətə çatdırıldı.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları tərəfindən Şərur rayon prokurorluğunda vətəndaşların qəbulu təşkil olunub

Dekabr ayının 21-də Şərur rayon prokurorluğunun inzibati binasında vətəndaşların qəbulu keçirildi.

Naxçıvan Muxtar Respublikası Prokurorluğu orqanlarında vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması məsələləri daim diqqət mərkəzində saxlanılmaqla, müvafiq qanunvericlik aktlarının və Baş Prokurorluq üzrə “Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması haqqında” 01.11.2010-cu il tarixli 10/100 saylı əmrin tələblərinə ciddi əməl edilərək prokurorluqların inzibati binalarının qarşısında ərizə və şikayətlər üçün qutular yerləşdirilərək müraciətlərə dair xüsusi lövhələr yaradılıb.

Muxtar Respublikanın prokurorluq orqanları tərəfindən vətəndaşların müraciətlərinə xüsusi qayğı və diqqətlə yanaşılır, onların problemlərinin yerində öyrənilib həll edilməsi üçün təsirli tədbirlər görülərək, prokurorluq əməkdaşlarının əhali ilə birbaşa təmasda olma  halları artırılıb. Vətəndaşların müraciətlərinə baxılmasında əsas prinsip qaldırılmış problemlərin yaranma səbəblərinin, bu sahədə nəzərə çarpan nöqsanların dərhal aradan qaldırılması, aşkarlığın və obyektivliyin, ən başlıcası isə insana qayğının təmin edilməsidir.