Culfa rayon prokurorluğunda Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları tərəfindən vətəndaşların qəbulu təşkil olunub

Mart ayının 15-də Culfa rayon prokurorluğunun inzibati binasında vətəndaşların qəbulu keçirilib.

Muxtar Respublikanın prokurorluq orqanları tərəfindən vətəndaşların müraciətlərinə xüsusi qayğı və diqqətlə yanaşılır, onların problemlərinin yerində öyrənilib həll edilməsi üçün təsirli tədbirlər görülərək, prokurorluq əməkdaşlarının əhali ilə birbaşa təmasda olma  halları artırılıb. Vətəndaşların müraciətlərinə baxılmasında əsas prinsip qaldırılmış problemlərin yaranma səbəblərinin, bu sahədə nəzərə çarpan nöqsanların dərhal aradan qaldırılması, aşkarlığın və obyektivliyin, ən başlıcası isə insana qayğının təmin edilməsidir.

Culfa rayon prokurorluğunun təşkilatçılığı ilə tədbir keçirilib

Mart ayının 12-də Culfa rayon prokurorluğunun təşkilatçılığı və rayon polis şöbəsinin əməkdaşının iştirakı ilə Culfa şəhəri 3 nömrəli  tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri və müəllim kollektivi ilə onların hüquqi maarifləndirilməsi, şagirdlərə yeni nəsil şəxsiyyət vəsiqələrinin təqdim olunması və həmin şəxsiyyət vəsiqələrinin üstünlüklərinin diqqətə çatdırılması məqsədilə tədbir keçirilib. Tədbirdə rayon prokurorluğunun bəməkdaşları Afət Kərimli, İbrahim Hüseynov və rayon polis şöbəsinin əməkdaşı Vüsal Rüstəmov  iştirak etmişdir.

Naxçıvan şəhər prokurorluğunda Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları tərəfindən vətəndaşların qəbulu təşkil olunub

Mart ayının 11-də Naxçıvan şəhər prokurorluğunun inzibati binasında vətəndaşların qəbulu keçirilib.

Naxçıvan Muxtar Respublikası Prokurorluğu orqanlarında vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması məsələləri daim diqqət mərkəzində saxlanılmaqla, müvafiq qanunvericlik aktlarının və Baş Prokurorluq üzrə “Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması haqqında” 01.11.2010-cu il tarixli 10/100 saylı əmrin tələblərinə ciddi əməl edilərək prokurorluqların inzibati binalarının qarşısında ərizə və şikayətlər üçün qutular yerləşdirilərək müraciətlərə dair xüsusi lövhələr yaradılıb.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları tərəfindən Sədərək rayon prokurorluğunda vətəndaşların qəbulu təşkil olunub

Mart ayının 4-də Sədərək rayon prokurorluğunun inzibati binasında vətəndaşların qəbulu keçirilib.

Naxçıvan Muxtar Respublikası Prokurorluğu orqanlarında vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması məsələləri daim diqqət mərkəzində saxlanılmaqla, müvafiq qanunvericlik aktlarının və Baş Prokurorluq üzrə “Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması haqqında” 01.11.2010-cu il tarixli 10/100 saylı əmrin tələblərinə ciddi əməl edilərək prokurorluqların inzibati binalarının qarşısında ərizə və şikayətlər üçün qutular yerləşdirilərək müraciətlərə dair xüsusi lövhələr yaradılıb.

Culfa rayon prokurorluğunda “Prokurorluğun normativ hüquqi aktları” informasiya sistemindən istifadə qaydaları ilə bağlı tədbir keçirilib

Mart ayının 4-də Prokurorluğun Hüquqi təminat və informasiya şöbəsnin təşkilatçılığı ilə Culfa və Ordubad rayon prokurorluqları əməkdaşlarının iştirakı ilə Culfa rayon prokurorluğunda Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi tərəfindən hazırlanan və xüsusi proqram təminatı ilə idarə olunan “Prokurorluğun normativ hüquqi aktları” informasiya sistemindən istifadə qaydaları ilə bağlı tədbir keçirilib.