Hüquqi maarifləndirmə tədbirləri davam etdirilir

Yaşadığımız hüquqi, demokratik və dünyəvi bir cəmiyyətdə vətəndaşların sağlam hüquqi düşüncəyə və yüksək hüquq mədəniyyətinə malik olmaları böyük əhəmiyyət kəsb edir. Hüquq düşüncəsi-insanların hüquqa, qanunçuluğa və ədalət mühakiməsinə münasibətinin, onların nəyin hüquqi və nəyin hüquqa zidd olması haqqındakı təsəvvürlərinin və ideyaların cəmini özündə birləşdirir. Cəmiyyətin hüquq mədəniyyətinə onun hüquq düşüncəsinin səviyyəsi, ictimаi şüurun hüquqа münаsibəti əhəmiyyətli dərəcədə təsir edir. Onu yüksəltmək üçün hüququn təbliği işi yüksək səviyyədə təşkil olunmalı, hüquqi dövlət quruculuğunun vacib elementi kimi qəbul olunmalıdır. Vətəndаşın hüquq mədəniyyəti оnun öz hüquqlаrını dürüst bilməsi, hаbеlə öz vəzifələrini layiqincə yеrinə yеtirməsindən asılıdır. Hüquq təbliğatın zəif оlmаsı, təzаdlı, düzgün оlmаyаn tərbiyə ilə cəmiyyətdə hüquq pozuntularının sayının artması arasında səbəbli əlaqə heç kimdə şübhə yaratmır. Bu səbəbdən hüquq tərbiyəsi, hüququn təbliği və qanunvericiliyin izahı cinаyətkarlığın qаrşısının аlınmаsındа ən mühüm vаsitə kimi nəzərdən keçirilməlidir.

Nахçıvаn Muхtаr Rеspublikаsı Prоkurоrluğundа Хоcаlı sоyqırımı qurbаnlаrının хаtirəsinə həsr оlunan tədbir keçirilib

Fеvrаl ayının  25-də Nахçıvаn Muхtаr Rеspublikаsı Prоkurоrluğundа Хоcаlı sоyqırımı qurbаnlаrının хаtirəsinə həsr оlunan tədbir keçirilib

Tədbirdə qeyd olunub ki, 613 nəfər dinc sakinin qəddarcasına qətliamı, 1275 nəfərin girov götürülərək ən ağlasığmaz və təhqiramiz üsullarla işgəncələrə məruz qalması, 150 nəfərin itkin düşməsi ilə nəticələnən Xocalı faciəsi ermənilərin xəstə təfəkküründən doğan niyyətlərinə çatmaq üçün Azərbaycan xalqına qarşı həyata keçirdikləri siyasətin ən qanlı səhifələrindən biridir. Tarix boyu azərbaycanlılara qarşı dəfələrlə tərkibində soyqırımı əməlləri olan cinayətlər törədən ermənilər XX əsrin sonlarında bəşəriyyət  üçün növbəti tarixi cinayəti - Xocalı soyqırımı aktını həyata keçirdilər.

Kəngərli rayon prokurorluğunda Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları tərəfindən vətəndaşların qəbulu təşkil olunub

Fevral ayının 25-də Kəngərli rayon prokurorluğunun inzibati binasında vətəndaşların qəbulu keçirilib.

Naxçıvan Muxtar Respublikası Prokurorluğu orqanlarında vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması məsələləri daim diqqət mərkəzində saxlanılmaqla, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 2015-ci il tarxili Qanununun və Baş Prokurorluq üzrə “Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması haqqında” 01.11.2010-cu il tarixli 10/100 №-li əmrin tələblərinə ciddi əməl edilərək prokurorluqların inzibati binalarının qarşısında ərizə və şikayətlər üçün qutular yerləşdirilərək müraciətlərə dair xüsusi lövhələr yaradılıb.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları tərəfindən Babək rayon prokurorluğunda vətəndaşların qəbulu təşkil olunub

Fevral ayının 18-də Babək rayon prokurorluğunun inzibati binasında vətəndaşların qəbulu keçirilib.

Naxçıvan Muxtar Respublikası Prokurorluğu orqanlarında vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması məsələləri daim diqqət mərkəzində saxlanılmaqla, müvafiq qanunvericlik aktlarının və Baş Prokurorluq üzrə “Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması haqqında” 01.11.2010-cu il tarixli 10/100 saylı əmrin tələblərinə ciddi əməl edilərək prokurorluqların inzibati binalarının qarşısında ərizə və şikayətlər üçün qutular yerləşdirilərək müraciətlərə dair xüsusi lövhələr yaradılıb.