Hüquqi maarifləndirmə tədbirləri davam etdirilir

Yaşadığımız hüquqi, demokratik və dünyəvi bir cəmiyyətdə vətəndaşların sağlam hüquqi düşüncəyə və yüksək hüquq mədəniyyətinə malik olmaları böyük əhəmiyyət kəsb edir. Hüquq düşüncəsi-insanların hüquqa, qanunçuluğa və ədalət mühakiməsinə münasibətinin, onların nəyin hüquqi və nəyin hüquqa zidd olması haqqındakı təsəvvürlərinin və ideyaların cəmini özündə birləşdirir.

Sədərək rayon prokurorluğu tərəfindən maarifləndirici tədbir keçirilib

Rayon prokurorluğunun təşkilatçılığı ilə Heydərabad qəsəbə tam orta məktəbində “Könüllü fəaliyyət və onun qanunla nizamlanması” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon prokurorluğunun müstəntiqi Elvin Zeynalov bildirdi ki, həyatda elə işlər var ki, qarşılıqsız, əvəzsiz yerinə yetirilir.Üstəlik bu işlərin görülməsi, insanın təkcə özü üçün yox digər insanlara, bütövlükdə cəmiyyətə köməklik məqsədi daşıyır. Buna da könüllü fəaliyyət deyilir. Dünyanın bir çox ölkəsində olduğu kimi ölkəmizdə də könüllü fəaliyyət hüquqla nizama salınmış, qanunla daha konkret vəziyyətə gətirilmişdir. Bildirdi ki, könüllü fəaliyyətin hüquqi tənzimlənməsi və hüquqi əsasları 9 iyun 2009-cu il tarixdən qüvvədə olan “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənib. Qeyd edilən qanunun məqsədi ölkəmizdə hüquqi və fiziki şəxslərin əvəzi ödəniməyən ictimai faydalı fəaliyyəti sahəsində yaranan münasibətlərdir. 

Prokurorluq orqanlarının iş prinsipi ilə tanışlıq tələbələrdə maraq doğurub

Naxçıvan Dövlət Universitetinin Naxçıvan Muxtar Respublikası Prokurorluğunun hamiliyinə verilmiş Hüquqşünaslıq ixtisası üzrə 1-ci kurs tələbələri oktyabr ayının 29-da prokurorluqda olublar. Onlar əvvəlcə buradakı kitabxana ilə tanış olub, prokurorluq orqanlarında müraciətlərin baxılması qaydaları haqqında məlumat alıblar. Sonra tələbələrə prokurorluğun kriminalistik avtomaşınının iş prinsipi izah olunub, slaydlar vasitəsilə cinayət işinin istintaqı zamanı aparılan istintaq hərəkətləri haqqında məlumatlar verilib.

Naxçıvan şəhər prokurorluğu tərəfindən maarifləndirici tədbir keçirilib

Naxçıvan Şəhər Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan şəhər Əli Sultanlı adına 10 nömrəli tam orta məktəbdə məktəbin yuxarı sinif şagirdləri və müəllim kollektivi ilə maarifləndirici tədbir keçirilib.

Tədbirdə Naxçıvan Şəhər Prokurorluğunun böyük müstəntiqi Abdulla Quliyev “Ölkəmizin qanunvericiliyində uşaq hüquqlarının rolu” mövzusunda çıxış edərək bildirib ki, yetkinlik yaşına çatmayanlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Dövlət siyasəti milli və yerli xüsusiyyətlər nəzərə alınmaqla yaradılmış məqsədli uşaq sosial proqramları əsasında həyata keçirilir. Bu proqramların yerinə yetirilməsinə dövlət orqanları ilə yanaşı digər hüquqi və fiziki şəxslər də iştirak edə bilərlər.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları Naxçıvan Dövlət Xalça Muzeyində olmuşlar

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları oktyabr ayının 26-da Naxçıvan Dövlət Xalça Muzeyində olmuşlar.

Muxtar Respublikanın zəngin təbii sərvətləri, ecazkar təbiəti, flora və faunası qədim zamanlardan xalçaçılığın təşəkkülünə rəvac verib. Naxçıvan Dövlət Xalça Muzeyi 1998-ci ilin aprelindən fəaliyyət göstərir.