Hüquqi maarifləndirmə tədbirləri davam etdirilir

Yaşadığımız hüquqi, demokratik və dünyəvi bir cəmiyyətdə vətəndaşların sağlam hüquqi düşüncəyə və yüksək hüquq mədəniyyətinə malik olmaları böyük əhəmiyyət kəsb edir. Hüquq düşüncəsi-insanların hüquqa, qanunçuluğa və ədalət mühakiməsinə münasibətinin, onların nəyin hüquqi və nəyin hüquqa zidd olması haqqındakı təsəvvürlərinin və ideyaların cəmini özündə birləşdirir. Cəmiyyətin hüquq mədəniyyətinə onun hüquq düşüncəsinin səviyyəsi, ictimаi şüurun hüquqа münаsibəti əhəmiyyətli dərəcədə təsir edir. Onu yüksəltmək üçün hüququn təbliği işi yüksək səviyyədə təşkil olunmalı, hüquqi dövlət quruculuğunun vacib elementi kimi qəbul olunmalıdır. Vətəndаşın hüquq mədəniyyəti оnun öz hüquqlаrını dürüst bilməsi, hаbеlə öz vəzifələrini layiqincə yеrinə yеtirməsindən asılıdır. Hüquq təbliğatın zəif оlmаsı, təzаdlı, düzgün оlmаyаn tərbiyə ilə cəmiyyətdə hüquq pozuntularının sayının artması arasında səbəbli əlaqə heç kimdə şübhə yaratmır. Bu səbəbdən hüquq tərbiyəsi, hüququn təbliği və qanunvericiliyin izahı cinаyətkarlığın qаrşısının аlınmаsındа ən mühüm vаsitə kimi nəzərdən keçirilməlidir.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları tərəfindən Sədərək rayon prokurorluğunda vətəndaşların qəbulu təşkil olunub

Sentyabr ayının 26-da Sədərək rayon prokurorluğunun inzibati binasında vətəndaşların qəbulu keçirilib.

Muxtar Respublikanın prokurorluq orqanları tərəfindən vətəndaşların müraciətlərinə xüsusi qayğı və diqqətlə yanaşılır, onların problemlərinin yerində öyrənilib həll edilməsi üçün təsirli tədbirlər görülərək, prokurorluq əməkdaşlarının əhali ilə birbaşa təmasda olma  halları artırılıb. Vətəndaşların müraciətlərinə baxılmasında əsas prinsip qaldırılmış problemlərin yaranma səbəblərinin, bu sahədə nəzərə çarpan nöqsanların dərhal aradan qaldırılması, aşkarlığın və obyektivliyin, ən başlıcası isə insana qayğının təmin edilməsidir.

Kəngərli rayon prokurorluğunda seminar keçirilib

Sentyabr ayının 23-də Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və informasiya şöbəsinin təşkilatçılığı ilə Kəngərli rayon prokurorluğunda "Cinayət işlərinə dair hüquqi yardım haqqında qanununvericilikdən irəli gələn vəzifələr və cinayət işlərinə dair hüquqi yardım göstərilməsi üzrə icraat” mövzusunda seminar keçirildi.

Kəngərli rayon prokurorluğunda Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları tərəfindən vətəndaşların qəbulu təşkil olunub

Sentyabr ayının 23-də Kəngərli rayon prokurorluğunun inzibati binasında vətəndaşların qəbulu keçirilib.

Muxtar Respublikanın prokurorluq orqanları tərəfindən vətəndaşların müraciətlərinə xüsusi qayğı və diqqətlə yanaşılır, onların problemlərinin yerində öyrənilib həll edilməsi üçün təsirli tədbirlər görülərək, prokurorluq əməkdaşlarının əhali ilə birbaşa təmasda olma  halları artırılıb. Vətəndaşların müraciətlərinə baxılmasında əsas prinsip qaldırılmış problemlərin yaranma səbəblərinin, bu sahədə nəzərə çarpan nöqsanların dərhal aradan qaldırılması, aşkarlığın və obyektivliyin, ən başlıcası isə insana qayğının təmin edilməsidir.

Sədərək rayon prokurorluğunda seminar keçirilib

Sentyabr ayının 13-də Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və informasiya şöbəsinin təşkilatçılığı ilə Sədərək rayon prokurorluğunda "Avropa Prokurorlarının Məşvərətçi Şurasının "Prokurorlarla bağlı Avropanın norma və prinsipləri haqqında" 17 dekabr 2014-cü il tarixli 9 saylı rəyi və ondan irəli gələn vəzifələr" mövzusunda seminar keçirilib.