Sərəncamın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Prokurorluğunda tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasının I və III kurs tələbələrinin iştirakı ilə tədbir keçirilib.

Aprel ayının 24-də Naxçıvan Dövlət Universitetin bu ixtisas üzrə 1 və 2-ci kurs tələbələri Naxçıvan Muxtar Respublikası Prokurorluğunda olublar. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev açaraq Ali Məclis Sədrinin hamiliklə bağlı imzaladığı sərəncamların əhəmiyyətindən, eləcə də 2019-cu il 3 aprel tarixli Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində görüləcək işlərdən bəhs edib.

“Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95-ci və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümü” ilə bağlı rayon ərazisində yerləşən orta təhsil müəssisələrinin komandaları arasında futbol yarışlarına start verilib

Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində idmanın inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Naxçıvan Muxtar Respublikasında da idmanın inkişafı, onun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Naxçıvanda idmanın kütləviliyinə nail olunması, idman infrastrukturunun yenidən qurulması, gənclərin idmana marağının artırılması daim diqqət mərkəzində saxlanılır. Yeni istifadəyə verilən idman obyektləri arasında futbol meydançaları xüsusilə diqqəti cəlb edir. Bu stadionlar muxtar respublikanın kənd yaşayış məntəqələrinə də yeni gözəllik bəxş edib, onların müasir standartlara cavab verməsi yeniyetmə və gənclərin futbola marağını daha da artırıb.

Naxçıvan şəhər prokurorluğu tərəfindən maarifləndirici tədbir keçirilib

Aprel ayının 22-də Naxçıvan şəhər prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan şəhər Əkbər Ağayev adına 8 nömrəli tam orta məktəbdə məktəbin yuxarı sinif şagirdləri və müəllim kollektivi ilə maarifləndirici tədbir keçirilib.

Tədbirdə şəhər prokurorluğunun əməkdaşı Abdulla Quliyev “Yetkinlik yaşına çatmayanların hüquqları” mövzusunda çıxış edərək bildirib ki, yetkinlik yaşına çatmayanlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Dövlət siyasəti milli və yerli xüsusiyyətlər nəzərə alınmaqla yaradılan məqsədli uşaq sosial proqramları əsasında həyata keçirilir. Bu proqramların yerinə yetirilməsinə dövlət orqanları ilə yanaşı digər hüquqi və fiziki şəxslər də iştirak edə bilərlər və Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.

Babək rayon prokurorluğunda Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları tərəfindən vətəndaşların qəbulu təşkil olunub

Aprel ayının 19-da Babək rayon prokurorluğunun inzibati binasında vətəndaşların qəbulu keçirilib.

Muxtar Respublikanın prokurorluq orqanları tərəfindən vətəndaşların müraciətlərinə xüsusi qayğı və diqqətlə yanaşılır, onların problemlərinin yerində öyrənilib həll edilməsi üçün təsirli tədbirlər görülərək, prokurorluq əməkdaşlarının əhali ilə birbaşa təmasda olma  halları artırılıb. Vətəndaşların müraciətlərinə baxılmasında əsas prinsip qaldırılmış problemlərin yaranma səbəblərinin, bu sahədə nəzərə çarpan nöqsanların dərhal aradan qaldırılması, aşkarlığın və obyektivliyin, ən başlıcası isə insana qayğının təmin edilməsidir.

Naxçıvan Muxtar Respublikası Prokurorluğu orqanlarında vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması məsələləri daim diqqət mərkəzində saxlanılmaqla, müvafiq qanunvericlik aktlarının və Baş Prokurorluq üzrə “Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması haqqında” 01.11.2010-cu il tarixli 10/100 saylı əmrin tələblərinə ciddi əməl edilərək prokurorluqların inzibati binalarının qarşısında ərizə və şikayətlər üçün qutular yerləşdirilərək müraciətlərə dair xüsusi lövhələr yaradılıb.

Naxçıvan şəhər prokurorluğunda “Prokurorluğun normativ hüquqi aktları” informasiya sistemindən istifadə qaydaları ilə bağlı tədbir keçirilib

Aprel ayının 15-də Prokurorluğun Hüquqi təminat və informasiya şöbəsnin təşkilatçılığı ilə Naxçıvan şəhər və Babək rayon prokurorluqları əməkdaşlarının iştirakı ilə Naxçıvan şəhər prokurorluğunda Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi tərəfindən hazırlanan və xüsusi proqram təminatı ilə idarə olunan “Prokurorluğun normativ hüquqi aktları” informasiya sistemindən istifadə qaydaları ilə bağlı tədbir keçirilib.

Qeyd olununb ki, baza 2001-dən indiyədək qəbul edilmiş, dəyişdirilmiş və ya ləğv edilmiş müxtəlif növ (əmr, sərəncam, göstəriş, qayda, əsasnamə, təlimat, reqlament və digər növlü) hüquqi normativ aktın, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi plenum qərarının mətnindən ibarətdir. Aktların mətninin dəqiqliyini təmin etmək üçün hər bir aktın kağız formatlı mətni əsasında onun elektron formatı hazırlanıb, sonrakı müddətdə bu akta edilən dəyişikliklər mətnə “haşiyə” formasında əlavə edilib, bu yolla hasil edilən məlumatlar ilkin və ilkin aktı dəyişən aktların əlaqələri izlənməklə yenidən yoxlanıb, nəhayət sənədlərin üzərində korrektə işi aparılıb.