Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları tərəfindən Culfa rayon prokurorluğunda vətəndaşların qəbulu təşkil olunub

Dekabr ayının 27-də Culfa rayon prokurorluğunda vətəndaşların qəbulu keçirilib.

Muxtar Respublikanın prokurorluq orqanları tərəfindən vətəndaşların müraciətlərinə xüsusi qayğı və diqqətlə yanaşılır, onların problemlərinin yerində öyrənilib həll edilməsi üçün təsirli tədbirlər görülərək, prokurorluq əməkdaşlarının əhali ilə birbaşa təmasda olma  halları artırılıb. Vətəndaşların müraciətlərinə baxılmasında əsas prinsip qaldırılmış problemlərin yaranma səbəblərinin, bu sahədə nəzərə çarpan nöqsanların dərhal aradan qaldırılması, aşkarlığın və obyektivliyin, ən başlıcası isə insana qayğının təmin edilməsidir.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları tərəfindən Şərur rayon prokurorluğunda vətəndaşların qəbulu təşkil olunub

Dekabr ayının 24-də Şərur rayonprokurorluğunda vətəndaşların qəbulu keçirilib.

Muxtar Respublikanın prokurorluq orqanları tərəfindən vətəndaşların müraciətlərinə xüsusi qayğı və diqqətlə yanaşılır, onların problemlərinin yerində öyrənilib həll edilməsi üçün təsirli tədbirlər görülərək, prokurorluq əməkdaşlarının əhali ilə birbaşa təmasda olma  halları artırılıb. Vətəndaşların müraciətlərinə baxılmasında əsas prinsip qaldırılmış problemlərin yaranma səbəblərinin, bu sahədə nəzərə çarpan nöqsanların dərhal aradan qaldırılması, aşkarlığın və obyektivliyin, ən başlıcası isə insana qayğının təmin edilməsidir.

Sədərək rayon prokurorluğu tərəfindən maarifləndirici tədbir keçirilib

Sədərək rayon prokurorluğu tərəfindən dekabr ayının 20-də Sədərək rayon 1 nömrəli tam orta məktəbinin müəllim və şagird kollektivi ilə “Ailədə uşaqların hüquqları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə çıxış edən rayon prokurorluğunun müstəntiqi I dərəcəli hüquqşünas Elvin Zeynalov bildirib ki, insanların cəmiyyətdə ən vacib və dəyərli ittifaqı ailədir. Ailəni də bütöv tamamlayan o ailədə dünyaya gələn uşaqlardır. Uşaq həyatda insanın ən dəyərli varlığı və sərvəti, sabahı və gələcəyidir.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları tərəfindən Babək rayon prokurorluğunda vətəndaşların qəbulu təşkil olunub

Dekabr ayının 17-də Babək rayonprokurorluğunda vətəndaşların qəbulu keçirilib.

Muxtar Respublikanın prokurorluq orqanları tərəfindən vətəndaşların müraciətlərinə xüsusi qayğı və diqqətlə yanaşılır, onların problemlərinin yerində öyrənilib həll edilməsi üçün təsirli tədbirlər görülərək, prokurorluq əməkdaşlarının əhali ilə birbaşa təmasda olma  halları artırılıb. Vətəndaşların müraciətlərinə baxılmasında əsas prinsip qaldırılmış problemlərin yaranma səbəblərinin, bu sahədə nəzərə çarpan nöqsanların dərhal aradan qaldırılması, aşkarlığın və obyektivliyin, ən başlıcası isə insana qayğının təmin edilməsidir.

Sədərək rayon prokurorluğu tərəfindən maarifləndirici tədbir təşkil edilib

Sədərək rayon prokurorluğu tərəfindən Sədərək rayon 2 nömrəli tam orta məktəbinin müəllim və şagird kollektivi ilə “Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Konstitusiyaları haqqında” maarifləndirici tədbir təşkil edilmişdir.

Tədbirdə çıxış edən rayon prokurorluğunun müstəntiqi I dərəcəli hüquqşünas Elvin Zeynalov bildirmişdir ki, hüquqla idarə edilən və hüquqa hörmət edilən dövlətlərdə qanunların ən alisi hesab edilən ən başlıca rəsmi sənəd o dövlətin konstitusiyasıdır. Konstitusiya dövlətin təşkili formasını, hökumət formasını, orqanlarını, bunlar arasındakı əlaqələri və fərdlərin təməl hüquq və azadlıqlarını, yəni dövlətin fəaliyyətlərini nizamlayan, həm dövləti, həm də hər bir fərdi əhatəsinə alan və müəyyən edilən qaydalar toplusunu özündə əks etdirən qanun mətnidir.