Təcrübəçi tələbələrlə keçirilən görüşlər yekunlaşıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamının icrası ilə əlaqədar 12 noyabr 2019-cu il tarixdən Naxçıvan Şəhər Prokurorluğunda təcrübədə olan Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə 4-cü kurs tələbələri ilə keçirilən görüşlər artıq yekunlaşıb.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları tərəfindən Şahbuz rayon prokurorluğunda vətəndaşların qəbulu təşkil olunub

Yanvar ayının 7-də Şahbuz rayon prokurorluğunda vətəndaşların qəbulu keçirilib.

Muxtar Respublikanın prokurorluq orqanları tərəfindən vətəndaşların müraciətlərinə xüsusi qayğı və diqqətlə yanaşılır, onların problemlərinin yerində öyrənilib həll edilməsi üçün təsirli tədbirlər görülərək, prokurorluq əməkdaşlarının əhali ilə birbaşa təmasda olma  halları artırılıb. Vətəndaşların müraciətlərinə baxılmasında əsas prinsip qaldırılmış problemlərin yaranma səbəblərinin, bu sahədə nəzərə çarpan nöqsanların dərhal aradan qaldırılması, aşkarlığın və obyektivliyin, ən başlıcası isə insana qayğının təmin edilməsidir.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda 2019-cu ildə görülən işlərin yekunları və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan kollegiya iclası keçirilib

Dekabr ayının 30-da Naxçıvan Muxtar Respublikası Prokurorluğu orqanları tərəfindən 2019-cu ildə görülən işlərin yekunları və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan kollegiya iclası keçirilib.

Kollegiya iclasını Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev açaraq, məruzəsində qeyd etdi ki, ulu öndər Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycan Respublikasının hərtərəfli inkişafı barədə strateji konsepsiyaya sadiqlik nümayiş etdirən, doğma xalqına xidməti həyat amalı kimi qəbul edən ölkə başçısı cənаb İlham Əliyevin məqsədyönlü dövlətçilik siyasətinin nəticəsidir ki, ölkə həyatının bütün sahələrində mühüm nailiyyətlər əldə edilmiş, möhkəm ictimai-siyasi sabitlik və əmin-amanlıq bərqərar olub. Azərbaycan Rеspublikasının Prеzidеnti cənab İlham Əliyеvin "Şadam ki, Naxçıvanda bütün istiqamətlər üzrə işlər yaxşı gedir. Əminəm ki, bu dinamika gələn ildə də təmin ediləcək. Əminəm ki, muxtar respublika əhalisinin sosial rifahının yaxşılaşdırılması, respublika qarşısında duran bütün vəzifələrin icrası üçün bütün qüvvələr səfərbər ediləcək və 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır"dəyərli fikirləri ilə Naxçıvan Muxtar Rеspublikası rəhbərinin əməyinə yüksək qiymət vеrməsi bizim hər birimizin üzərinə daha da yaxşı işləmək vəzifəsi qоyub.

Hüquqi maarifləndirmə tədbirləri davam etdirilir

Yaşadığımız hüquqi, demokratik və dünyəvi bir cəmiyyətdə vətəndaşların sağlam hüquqi düşüncəyə və yüksək hüquq mədəniyyətinə malik olmaları böyük əhəmiyyət kəsb edir. Hüquq düşüncəsi-insanların hüquqa, qanunçuluğa və ədalət mühakiməsinə münasibətinin, onların nəyin hüquqi və nəyin hüquqa zidd olması haqqındakı təsəvvürlərinin və ideyaların cəmini özündə birləşdirir. Cəmiyyətin hüquq mədəniyyətinə onun hüquq düşüncəsinin səviyyəsi, ictimаi şüurun hüquqа münаsibəti əhəmiyyətli dərəcədə təsir edir. Onu yüksəltmək üçün hüququn təbliği işi yüksək səviyyədə təşkil olunmalı, hüquqi dövlət quruculuğunun vacib elementi kimi qəbul olunmalıdır. Vətəndаşın hüquq mədəniyyəti оnun öz hüquqlаrını dürüst bilməsi, hаbеlə öz vəzifələrini layiqincə yеrinə yеtirməsindən asılıdır. Hüquq təbliğatın zəif оlmаsı, təzаdlı, düzgün оlmаyаn tərbiyə ilə cəmiyyətdə hüquq pozuntularının sayının artması arasında səbəbli əlaqə heç kimdə şübhə yaratmır. Bu səbəbdən hüquq tərbiyəsi, hüququn təbliği və qanunvericiliyin izahı cinаyətkarlığın qаrşısının аlınmаsındа ən mühüm vаsitə kimi nəzərdən keçirilməlidir.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları tərəfindən əsgərlərə bayram sovqatı aparılıb

Dekabr ayının 29-da Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Naxçıvan Muxtar Respublika Prokurorluğunun kollektivi Şərur rayonu ərazisindəki sərhəd zastavasına bayram sovqatı aparıb. 

Naxçıvan Muxtar Respublikasının Prokuroru II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev əsgərlərlə səmimi söhbət edərək deyib ki, ulu öndər Heydər Əliyev milli ordu quruculuğuna xüsusi qayğı ilə yanaşaraq qeyd edirdi: "Hər bir dövlətin müstəqilliyinin rəmzi, təminatçısı onun silahlı qüvvələridir." Bu gün ölkəmizin hərbi qüdrəti daha da artıb, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı nəticəsində bütün hərbi hissələr müasir texnika və avadanlıqlarla təchiz olunub, maddi-texniki baza təkmilləşdirilib. Muxtar respublikada əsgər heyəti və zabit-gizir ailələrinin sosial məişət şəraitinin daha da yaxşılaşdırılması, yeni xidməti və yaşayış binalarının tikilib istifadəyə verilməsi ardıcıl xarakter alıb. Bu gün xidməti-döyüş qabiliyyətinin yüksəldilməsi, sərhədlərimizin daha etbarlı mühafizəsi diqqət mərkəzində saxlanılır, hərbi hissələrin maddi texniki bazası ilbəil gücləndirilir.