Babək rayon prokurorluğu tərəfindən maarifləndirici tədbir keçirilib

Yanvar ayının 30-da Babək rayon prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Torpaq Məsələləri üzrə Dövlət Xidməti əməkdaşının iştiraı ilə rayonun   Zeynəddin kəndində  "Torpaq üzərində mülkiyyət hüququnun təmin edilməsi" mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Babək rayon prokurorunun köməkçisi Bağırov Elməddin Musa oğlu "Torpaq üzərində mülkiyyət hüququnun pozulmasının hüquqi nəticələri" mövzusunda çıxışlar edərək qeyd etdi ki, torpaq daşınmaz əmlakın xüsusi növü kimi tarixin bütün dövrlərində insan həyatı üçün xüsusi əhəmiyyət kəsb etmişdir.

Sədərək rayon prokurorluğunda etik davranış qaydaları, cinayət mühakimə icraatında prokurorluğun rolu, beynəlxalq standartlar barədə seminar keçirilib

Yanvar ayının 28-də Prokurorluğun Hüquqi təminat və informasiya şöbəsinin təşkilatçılığı ilə Sədərək rayon prokurorluğunda "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin tələblərindən irəli gələn vəzifələrin və Bеynəlхаlq Prоkurоrlаr Аssоsiаsiyаsının prоkurоrlаr üçün müəyyən еtdiyi pеşəkar məsuliyyət standartları, prokurorların əsаs vəzifələri və hüquqları və Cinаyət mühаkimə icraatı sistеmində prоkurоrluğun rоlu hаqqındа Аvrоpа Şurаsı Nаzirlər Kоmitəsinin 6 оktyаbr 2000-ci il tаriхli 19 sаylı Tövsiyələrinin nəzərə аlınmаsı" mövzusunda seminar keçirilib.

Kəngərli rayon prokurorluğunda Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları tərəfindən vətəndaşların qəbulu təşkil olunub

Yanvar ayının 28-də Kəngərli rayon prokurorluğunda vətəndaşların qəbulu keçirilib. 

Muxtar Respublikanın prokurorluq orqanları tərəfindən vətəndaşların müraciətlərinə xüsusi qayğı və diqqətlə yanaşılır, onların problemlərinin yerində öyrənilib həll edilməsi üçün təsirli tədbirlər görülərək, prokurorluq əməkdaşlarının əhali ilə birbaşa təmasda olma halları artırılıb. Vətəndaşların müraciətlərinə baxılmasında əsas prinsip qaldırılmış problemlərin yaranma səbəblərinin, bu sahədə nəzərə çarpan nöqsanların dərhal aradan qaldırılması, aşkarlığın və obyektivliyin, ən başlıcası isə insana qayğının təmin edilməsidir.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları "Naxçıvanqala" Tarix – Memarlıq Muzey Kompleksində olmuşlar

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları yanvar ayının 25-də "Naxçıvanqala" Tarix – Memarlıq Muzey Kompleksində olmuşlar.

Muzey Kompleksi ilə tanışləq zamanı qeyd olunub ki, "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksi 5 min il bundan əvvəl Naxçıvan qədim şəhər mədəniyyətinin formalaşdığı əraziyə daxildir. Şəhərin cənub-şərqində yerləşən bu tarixi qalanın inşa tarixi 632-652-ci illərə aid olunur. Müharibələr nəticəsində Naxçıvanqala bir neçə dəfə dağıdılmış və bərpa edilmişdir. 2010-cu ildə isə yenidən bərpasına başlanmış və əsaslı yenidənqurma işlərindən sonra 2014-cü ildə muzey kompleksi kimi fəaliyyətə başlamışdır.