Şərur rayon prokurorluğunda Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları tərəfindən vətəndaşların qəbulu təşkil olunub

Fevral ayının 14-də Şərur  rayon prokurorluğunda vətəndaşların qəbulu keçirilib.

Muxtar Respublikanın prokurorluq orqanları tərəfindən vətəndaşların müraciətlərinə xüsusi qayğı və diqqətlə yanaşılır, onların problemlərinin yerində öyrənilib həll edilməsi üçün təsirli tədbirlər görülərək, prokurorluq əməkdaşlarının əhali ilə birbaşa təmasda olma  halları artırılıb. Vətəndaşların müraciətlərinə baxılmasında əsas prinsip qaldırılmış problemlərin yaranma səbəblərinin, bu sahədə nəzərə çarpan nöqsanların dərhal aradan qaldırılması, aşkarlığın və obyektivliyin, ən başlıcası isə insana qayğının təmin edilməsidir.

Culfa rayon prokurorluğunda seminar keçirilib

Fevral ayının 12-də Prokurorluğun Hüquqi təminat və informasiya şöbəsinin təşkilatçılığı ilə Culfa rayon prokurorluğunda Culfa və Ordubad rayon prokurorluqları əməkldaşlarının iştirakı ilə "Cinayət işlərinə dair hüquqi yardım haqqında qanununvericilikdən irəli gələn vəzifələr və cinayət işlərinə dair hüquqi yardım göstərilməsi üzrə icraat" mövzusunda seminar keçirilib.

Qeyd olunub ki, cinayət işlərinə dair hüquqi yardımın göstərilməsi sahəsində prokurorluq işçiləri tərəfindən öz xidməti fəaliyyətini yerinə yetirərkən "Cinayət işlərinə dair hüquqi yardım haqqında" Azərbaycan Respublikası Qanununun və ölkəmizin tərəfdar çıxdığı "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında" Kişinyov Konvensiyasının, "Ekstradisiya haqqında", "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında", "Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında", və "Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılması, aşkar olunması götürülməsi və müsadirə edilməsi haqqında" Konvensiyaların, Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyinin və Azərbarcan Respublikası Baş prokurorunun "Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilmiş məsələlərin icrası və beynəlxalq əməkdaşlığın səmərəliliyinin artırılması ilə əlaqədar prokurorluq orqanlarının vəzifələri" barədə 14.02.2007-ci il tarixli 10/13 №-li əmrinin tələblərinə dönmədən əməl edilməlidir.

Sədərək prokurorluğu tərəfindən maarifləndirici tədbir keçirilib

Fevral ayının 7-də Sədərək rayon prokurorluğu tərəfindən Heydərabad qəsəbə tam orta məktəbində "Ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar" mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə prokurorluğun müstəntiqi Elvin Zeynalov çıxış edərək bildirib ki,   bəşəriyyətin müasir yaşayışını ekologiyasız təsəvvür etmək mümkün deyildir. Yazmağı, oxumağı, saymağı bilmədən yaşamaq nə qədər çətindirsə, ekologiyanın əsaslarını öyrənmədən də yaşamaq bir o qədər çətinləşir. Ekologiya təbiətin əlifbasıdır.

Babək rayon prokurorluğunda Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları tərəfindən vətəndaşların qəbulu təşkil olunub

Fevral ayının 4-də Babək rayon prokurorluğunda vətəndaşların qəbulu keçirilib.

Muxtar Respublikanın prokurorluq orqanları tərəfindən vətəndaşların müraciətlərinə xüsusi qayğı və diqqətlə yanaşılır, onların problemlərinin yerində öyrənilib həll edilməsi üçün təsirli tədbirlər görülərək, prokurorluq əməkdaşlarının əhali ilə birbaşa təmasda olma  halları artırılıb. Vətəndaşların müraciətlərinə baxılmasında əsas prinsip qaldırılmış problemlərin yaranma səbəblərinin, bu sahədə nəzərə çarpan nöqsanların dərhal aradan qaldırılması, aşkarlığın və obyektivliyin, ən başlıcası isə insana qayğının təmin edilməsidir.

Hüquqi maarifləndirmə tədbirləri davam etdirilir

Yaşadığımız hüquqi, demokratik və dünyəvi bir cəmiyyətdə vətəndaşların sağlam hüquqi düşüncəyə və yüksək hüquq mədəniyyətinə malik olmaları böyük əhəmiyyət kəsb edir. Hüquq düşüncəsi-insanların hüquqa, qanunçuluğa və ədalət mühakiməsinə münasibətinin, onların nəyin hüquqi və nəyin hüquqa zidd olması haqqındakı təsəvvürlərinin və ideyaların cəmini özündə birləşdirir. Cəmiyyətin hüquq mədəniyyətinə onun hüquq düşüncəsinin səviyyəsi, ictimаi şüurun hüquqа münаsibəti əhəmiyyətli dərəcədə təsir edir. Onu yüksəltmək üçün hüququn təbliği işi yüksək səviyyədə təşkil olunmalı, hüquqi dövlət quruculuğunun vacib elementi kimi qəbul olunmalıdır.