Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun əməkdaşları Heydər Əliyev Muzeyində olmuşlar

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun əməkdaşları may ayının 5-də Heydər Əliyev Muzeyində olmuşlar.

Muzeyə tanışlıq zamanı qeyd olunub ki, görkəmli ictimai-siyasi xadim, dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının ulu öndəri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş ümummilli liderimizin adını daşıyan Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 18 fevral 1999-cu il tarixdə imzaladığı Sərəncamla Naxçıvan şəhərində yaradılmışdır. Muzey 10 may 1999-cu ildən fəaliyyət göstərir. Muzeydə ümummulli lider Heydər Əliyevin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə (1991-1993-cü illər) aid şəxsi sənəd və materiallar, imzaladığı məktub, qərar və sərəncamlar, Türkiyə Cümhurəyyəti və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin surətləri, Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri toplanmışdır.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda “Azərbaycanın inkişaf strategiyasında Heydər Əliyev irsi” mövzusunda konfrans keçirilmişdir

Aprel ayının 26-da Naxçıvan Muxtar Respublikası Prokurorluğunda “Azərbaycanın inkişaf strategiyasında Heydər Əliyev irsi” mövzusunda konfrans keçirilmişdir.   

Konfransda Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsini icra edən, II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev qeyd etdi ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və misilsiz işlər görmüş ulu öndər Heydər Əliyev hər zaman iftixar hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Ulu öndər Azərbaycan xalqının və dövlətinin milli mənafeyini hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə səfərbər etməyi bacaran, cəmiyyətdə qanunçuluğu, hüquq qaydalarını təmin edən dahi rəhbər idi. 1969-cu ildə Heydər Əliyevin respublikamızda rəhbərliyə gəlməsi, sovet rejiminin sərt qanunlarına baxmayaraq, Azərbaycanda böyük iqtisadi, elmi və ədəbi-mədəni inkişafa, müstəqil düşüncəyə yol açdı. Müstəqil Azərbaycanın sosial-iqtisadi bünövrəsi də məhz Heydər Əliyevin sayəsində həmin dövrdə qoyulmuş və ölkəmizin gələcəyi üçün möhkəm təməl yaradılmışdır. Heydər Əliyev şəxsiyyətinin böyüklüyünə, onun tərəfindən görülmüş işlərin möhtəşəmliyinə xalqımız tərəfindən verilən qiymətin nəticəsidir ki, 1969-cu ildən başlayan dövr “Azərbaycan tarixinin Heydər Əliyev dövrü” kimi səciyyələndirilir. Heydər Əliyevin adı ilə bağlı olan hər bir gün Azərbaycanın tale tarixi kimi qəbul edilir.

Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanlarında vakant vəzifələrin tutulması üçün test imtahanı keçirilib

Mart ayının 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test Mərkəzində Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanlarında vakant vəzifələrin tutulması üçün 7 noyabr 2017-ci il tarixində elan olunmuş müsabiqənin test imtahanları keçirilib.

Müsabiqədə 9 vakant vəzifənin tutulması üçün sənəd təqdim etmiş 44 namizəddən 36-sı test imtahanında iştirak edib, onlardan 22 nəfəri keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

İmtahan başlanmazdan əvvəl namizədlərə slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verilib. İmtahanda namizədlərə qanunvericilik üzrə 80, məntiqi təfəkkürün yoxlanılması üzrə  20 sual olmaqla, ümumilikdə, 100 sual təqdim edilib. Sualları cavablandırmaq üçün onlara 3 saat vaxt verilib. Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılıb. İmtahan bitdikdən dərhal sonra namizədlərə cavab kartı və test imtahanının nəticəsinə dair arayış təqdim olunub.

Test imtahanında Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanının əməkdaşları müşahidəçi qismində iştirak ediblər.

            Test imtahanlarının nəticələri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet səhifəsində (www.dqmk.nmr.az) yerləşdirilib.

 

Nахçıvаn Muхtаr Rеspublikаsı Prоkurоrluğunun

Hüquqi təminаt və infоrmаsiyа şöbəsi                                                                                                 

Babək rayon prokurorluğunda seminar keçirilmişdir

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və informasiya şöbəsinin təşkilatçılığı ilə aprelin 12-də Naxçıvan şəhər və Babək rayon prokurorluqları əməkdaşlarının iştirakı ilə Babək rayon prokurorluğunda “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin  tələblərindən irəli gələn vəzifələrin və Bеynəlхаlq Prоkurоrlаr Аssоsiаsiyаsının prоkurоrlаr üçün müəyyən еtdiyi pеşəkar məsuliyyət standartları, prokurorların əsаs vəzifələri və hüquqları və Cinаyət mühаkimə icraatı sistеmində prоkurоrluğun rоlu hаqqındа Аvrоpа Şurаsı Nаzirlər Kоmitəsinin 6 оktyаbr 2000-ci il tаriхli 19 sаylı Tövsiyələrinin nəzərə аlınmаsı” mövzusunda seminar keçirilmişdir.

Tələbələr prokurorluq orqanlarının iş prinsipləri ilə tanış olublar

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası Naxçıvan Muxtar Respublikası Prokurorluğunun hamiliyinə verilib

Aprel ayının 9-da Naxçıvan Dövlət Universitetin bu ixtisas üzrə 2-ci kurs tələbələri Naxçıvan Muxtar Respublikası Prokurorluğunda olublar. Tələbələr buradakı kitabxananın fondu ilə maraqlanıb, prokurorluq orqanlarında müraciətlərin baxılması qaydaları haqqında məlumatlar alıblar. Sonra onlara prokurorluğun kriminalistik avtomaşınının iş prinsipi izah olunub, cinayət işinin istintaqı zamanı aparılan istintaq hərəkətləri, o cümlədən cinayət işinin başlanması, təqsirləndirilən şəxs qismində cəlbetmə, ittihamı elanetmə qaydaları, dindirmə və üzləşdirmə məsələləri, ittihamın müdafiəsi, istintaq hərəkətlərinin sənədləşdirilməsi haqqında danışılıb, mövzu ilə bağlı slaydlar nümayiş etdirilib.

Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsini icra edən II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev tələbələrlə görüşdə bildirib ki, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncam tələbələrin nəzəri biliklərinin təcrübədə tətbiqi, onların gələcək fəaliyyətə hazırlanmaları, yaxşı mütəxəssis kimi yetişmələri baxımından böyük əhəmiyyətə malikdir. Sərəncamda nəzərdə tutulan vəzifələrin uğurlu icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Prokurorluğunda görüləcək işlərə dair təsdiq olunmuş tədbirlər planı uğurla icra olunur, Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün seminar-məşğələlər keçirilir. Onların prokurorluqda istintaq olunan cinayət işləri üzrə ayrı-ayrı istintaq hərəkətlərinin aparılmasında iştirakının və kriminalistik texnikanın mövcud imkanlarından səmərəli istifadəsinin, dövlət ittihamçıları ilə birgə dövlət ittihamının müdafiəsi üzrə məhkəmələrdə iştirakı təmin olunur. Prokuror diqqətə çatdırıb ki, ötən dövrdə bu istiqamətdə xeyli iş görülüb və həyata keçirilən tədbirlər hazırda da davam etdirilir.

Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin müəllimi Pərviz Qəribov Naxçıvan Muxtar Respublikası Prokurorluğunda öz ixtisaslarını daha dərindən öyrənmələri məqsədilə tələbələr üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib.

Sonda suallar cavablandırılıb. Qeyd edək ki, tələbələr həmin gün Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində və Naxçıvan Şəhər Prokurorluğunda da olublar.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi