Sədərək rayon prokurorluğu tərəfindən maarifləndirici tədbir keçirilib

    Sədərək kənd icra nümayəndəliyində rayon prokurorluğunun və polis şöbəsinin birgə təşkilatçılığı ilə noyabr ayının 16-da “Təbii qaz, su, elektrik və istilik enerjisindən istifadənin pozulmasına görə yaranan cinayət və inzibati məsuliyyət” mövzusunda tədbir keçirilib.

     Tədbirdə rayon prokurorluğunun müstəntiqi Elvin Zeynalov çıxış edərək bildirib ki, qış fəslinin daxil olması ilə əlaqədar əhali isinmək üçün qaz, elektrik və istilik cihazlarından daha çox istifadə edir. Amma bəzən insanlar qaz, elektrik və istilik təsərrüfatında istifadə qaydalarının tələblərinə düzgün riayət etmirlər, nəticədə qanunvericiliyin tələbləri pozulur, həm insanların həyat və sağlamlığına, həm də dövlətə, cəmiyyətə maddi ziyan yetirilir.

 

Şahbuz rayon prokurorluğunda seminar keçirilib

  Noyabr ayının 14-də Şahbuz rayon prokurorluğunda “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin  tələblərindən irəli gələn  vəzifələrin və Bеynəlхаlq Prоkurоrlаr Аssоsiаsiyаsının prоkurоrlаr üçün müəyyən еtdiyi pеşəkar məsuliyyət standartları, prokurorların əsаs vəzifələri və  hüquqları və Cinаyət mühаkimə icraatı sistеmində prоkurоrluğun rоlu hаqqındа Аvrоpа Şurаsı Nаzirlər Kоmitəsinin 6 оktyаbr 2000-ci il tаriхli 19 sаylı  Tövsiyələrinin nəzərə аlınmаsı” mövzusunda seminar keçirilib.

Qeyd olunub ki, hər bir prokurorluq işçisi “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunu, digər normativ hüquqi aktlarla və Azərbaycan Respublikası Baş Prokurorluğunun 08.02.2008-ci il tarixli geniş Kollegiya iclasında təsdiq edilmiş Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi ilə müəyyənləşdirilən davranış qaydalarına riayət etməli, prokurorluq işçiləri  fəaliyyəti dövründə prokurorluq işçilərinin andına sadiq olmalı, xidməti işini və işdən kənar davranışını həmin anda və bu Kodeksə uyğun qurmalıdır. Kodeks prokurorluq orqanları işçilərinin riayət etməli olduqları davranışı, etik normaları, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında, prokurorluq orqanlarında korrupsiyanın və prokurorluq işçilərinin fəaliyyətində maraqların toqquşmasının qarşısının  alınmasında onların üzərinə düşən vəzifələri, cəmiyyətdə prokurorluq orqanları işçilərindən gözlənilən davranışın məzmun və dairəsini  müəyyən edir. 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları tərəfindən Babək rayon prokurorluğunda vətəndaşların qəbulu təşkil olunub

 

 Noyabr ayının 13-də Babək rayon prokurorluğunun inzibati binasında vətəndaşların qəbulu keçirildi.

  Naxçıvan Muxtar Respublikası Prokurorluğu orqanlarında vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması məsələləri daim diqqət mərkəzində   saxlanılmaqla, müvafiq qanunvericlik aktlarının və Baş Prokurorluq üzrə “Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müraciətlərə baxılması və   vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması haqqında” 01.11.2010-cu il tarixli 10/100 saylı əmrin tələblərinə ciddi əməl edilərək prokurorluqların   inzibati binalarının qarşısında ərizə və şikayətlər üçün qutular yerləşdirilərək müraciətlərə dair xüsusi lövhələr yaradılıb.

 Bu gün hər bir vətəndaş əmin ola bilər ki, respublikadakı ictimai-siyasi sabitlik hüquq-mühafizə orqanlarının, o cümlədən prokurorluğun əzmkar fəaliyyəti   nəticəsində ciddi şəkildə qorunur. Prоkurоrluq оrqаnlаrı insanlаrın hüquq və azadlıqlarının pozulması hallarına, cinayətkarlığa qarşı daim barışmaz və   qətiyyətli mövqe tutur, insan amili ilə bağlı olan hər bir məsələdə həssaslıq göstərməyə, üzərinə düşən bütün vəzifələri gerçəkləşdirməyə çalışırlar.

 

Culfa rayon prokurorluğunda seminar keçirilib

   Noyabr ayının 8-də Culfa və Ordubad rayon prokurorluqlarının məsul işçiləri və dəftətxana müdirlərinin iştirakı ilə Culfa rayon prokurorluğunda “Azərbaycan Respublikası Prokurorluğu orqanlarında kargüzarlıq işinin təşkili” mövzusunda seminar keçirilib.

Müraciətlərə baxılması şöbəsinin rəisi Nihad Abbasov “Azərbaycan Respublikası Prokurorluğu orqanlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın müddəaları barədə məlumat verərək qeyd etdi ki, dövlət orqanlarında kargüzarlıq işini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı mühüm tədbirlərin görülməsi, ölkə başçısının 23.06.2016-cı il tarixli Fərmanları ilə “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası” və “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi prokurorluq orqanlarında yeni kargüzarlıq qaydalarının müəyyən edilməsini, prokurorluğun bu sahədə fəaliyyətini nizama salan yeni Təlimatın təsdiqlənməsini zəruri etmiş və Azərbaycan Respublikası Baş prokuronun 10/13 №-li əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Prokurorluğu orqanlarında kargüzarlığın aparılmasına dair Təlimat” təsdiq edilib. Müvafiq əmrdə isə prokurorluq işçiləri tərəfindən Təlimatın dərindən öyrənilməsi və onun tələblərinə dönmədən əməl edilməsi tələb edilib.

Hüquqi maarifləndirmə günün tələbidir

   Yaşadığımız hüquqi, demokratik və dünyəvi bir cəmiyyətdə vətəndaşların sağlam hüquqi düşüncəyə və yüksək hüquq mədəniyyətinə malik olmaları böyük əhəmiyyət kəsb edir. Hüquq düşüncəsi-insanların hüquqa, qanunçuluğa və ədalət mühakiməsinə münasibətinin, onların nəyin hüquqi və nəyin hüquqa zidd olması haqqındakı təsəvvürlərinin və ideyaların cəmini özündə birləşdirir. Cəmiyyətin hüquq mədəniyyətinə onun hüquq düşüncəsinin səviyyəsi, ictimаi şüurun hüquqа münаsibəti əhəmiyyətli dərəcədə təsir edir. Onu yüksəltmək üçün hüququn təbliği işi yüksək səviyyədə təşkil olunmalı, hüquqi dövlət quruculuğunun vacib elementi kimi qəbul olunmalıdır. Vətəndаşın hüquq mədəniyyəti оnun öz hüquqlаrını dürüst bilməsi, hаbеlə öz vəzifələrini layiqincə yеrinə yеtirməsindən asılıdır. Hüquq təbliğatın zəif оlmаsı, təzаdlı, düzgün оlmаyаn tərbiyə ilə cəmiyyətdə hüquq pozuntularının sayının artması arasında səbəbli əlaqə heç kimdə şübhə yaratmır. Bu səbəbdən hüquq tərbiyəsi, hüququn təbliği və qanunvericiliyin izahı cinаyətkarlığın qаrşısının аlınmаsındа ən mühüm vаsitə kimi nəzərdən keçirilməlidir.