Babək rayon prokurorluğunda seminar keçirilib

May ayının 18-də Prokurorluğun Hüquqi təminat və informasiya şöbəsinin təşkilatçılığı ilə Babək rayon prokurorluğunda Babək bə Şahbuz rayon prokurorluqları əməkldaşlarının iştirakı ilə "Cinayət prosesində hüquqi şəxslərin iştirakının xüsusiyyətləri" mövzusunda seminar keçirilib.

Qeyd olunub ki, hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 487-1-487-7-ci maddələri ilə nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla ümumi qaydalar əsasında aparılır. Cinayət işi üzrə ibtidai istintaq zamanı CM-nin 99-4.1.1–99-4.1.4-cü maddələrində nəzərdə tutulmuş fiziki şəxslər tərəfindən hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün cinayətin əlamətlərini əks etdirən əməlin törədilməsinə dəlalət edən sübutlar müəyyən edildikdə müstəntiq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraatın başlanması barədə əsaslandırılmış vəsatət verir.

Şərur rayon prokurorluğunda seminar keçirilib

May ayının 12-də Prokurorluğun Hüquqi təminat və informasiya şöbəsinin təşkilatçılığı ilə Şərur rayon prokurorluğunda Şərur və Sədərək rayon prokurorluqları əməkldaşlarının iştirakı ilə "Cinayət işlərinə dair hüquqi yardım haqqında qanununvericilikdən irəli gələn vəzifələr və cinayət işlərinə dair hüquqi yardım göstərilməsi üzrə icraat" mövzusunda seminar keçirilib.

Qeyd olunub ki, cinayət işlərinə dair hüquqi yardımın göstərilməsi sahəsində prokurorluq işçiləri tərəfindən öz xidməti fəaliyyətini yerinə yetirərkən "Cinayət işlərinə dair hüquqi yardım haqqında" Azərbaycan Respublikası Qanununun və ölkəmizin tərəfdar çıxdığı "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında" Kişinyov Konvensiyasının, "Ekstradisiya haqqında", "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında", "Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında", və "Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılması, aşkar olunması götürülməsi və müsadirə edilməsi haqqında" Konvensiyaların, Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyinin və Azərbarcan Respublikası Baş prokurorunun "Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilmiş məsələlərin icrası və beynəlxalq əməkdaşlığın səmərəliliyinin artırılması ilə əlaqədar prokurorluq orqanlarının vəzifələri" barədə 14.02.2007-ci il tarixli 10/13 №-li əmrinin tələblərinə dönmədən əməl edilməlidir.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları tərəfindən Naxçıvan şəhər prokurorluğunda vətəndaşların qəbulu təşkil olunub

Mart ayının 10-da Naxçıvan şəhər prokurorluğunda vətəndaşların qəbulu keçirilib.

Muxtar Respublikanın prokurorluq orqanları tərəfindən vətəndaşların müraciətlərinə xüsusi qayğı və diqqətlə yanaşılır, onların problemlərinin yerində öyrənilib həll edilməsi üçün təsirli tədbirlər görülərək, prokurorluq əməkdaşlarının əhali ilə birbaşa təmasda olma  halları artırılıb. Vətəndaşların müraciətlərinə baxılmasında əsas prinsip qaldırılmış problemlərin yaranma səbəblərinin, bu sahədə nəzərə çarpan nöqsanların dərhal aradan qaldırılması, aşkarlığın və obyektivliyin, ən başlıcası isə insana qayğının təmin edilməsidir.

Naxçıvan şəhər prokurorluğu tərəfindən Hacıniyyət kəndində maarifləndirici tədbir kçirilib

Naxçıvan şəhər prokurorluğunun təşkilatçılığı ilə Hacıniyyət kəndində kənd sakinlərinin iştirakı ilə maarifləndirici tədbir keçirilib. Tədbiri Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov açıb.

Naxçıvan şəhər prokurorluğunun böyük müstəntiqi tikintidə təhlükəsizlik haqqında və tikinti qaydalarının pozulmasına görə məsuliyyət barədə məlumat verərək bildirdi ki, barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, yerli icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularının tikintisinə istisna olmaqla) tərəfindən tikintiyə icazə verilməlidir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir.  

Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanlarında vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqənin test imtahanı mərhələsi keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarının ixtisaslı kadrlarla komplekləşdirilməsi sahəsində tədbirlər davam etdirilir. 7 mart 2020-ci il tarixdə prokurorluq orqanlarında vakant vəzifələrin tutulması üçün elan olunmuş müsabiqənin test imtahanı keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən verilən məılumata görə, müsabiqəyə çıxarılmış 8 vakant vəzifənin tutulması üçün 28 nəfər sənəd təqdim etmişdir.