Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binası istifadəyə verilmişdir

Şərur rayonu qədim tarixə malikdir. Min illər boyu əcdadlarımız bu torpaqda ardıcıl həyat sürmüş, zəngin mədəniyyət və dəyərlər sistemi formalaşdırmışlar. Bəşər sivilizasiyasının ilkin dövrünün yadigarları olan Oğlanqala, Qazma mağarası, Ovçular təpəsi və Qız qalası kimi qədim yaşayış yerlərində aparılan tədqiqatlar Naxçıvan tarixinin öyrənilməsində yeni mərhələ təşkil edir. Bu gün Şərur rayonunun tarixi sistemli şəkildə tədqiq və təbliğ olunur. Rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni binanın tikilməsi də bu tədbirlərin davamıdır.

Dekabrın 20-də Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binası istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.

Şahbuz şəhərində təmizləyici qurğular sistemi istifadəyə verilmişdir

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in bağlanış tədbiri keçirilmişdir

Dekabrın 15-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in bağlanış tədbiri keçirilib.

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktorunun müavini Amina Əl-Həcri, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev və Təşkilat Komitəsinin üzvləri ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoymuş, ulu öndərin xatirəsinə ehtiramlarını bildirmiş, Heydər Əliyev ­Muzeyinə baxmışlar. Sonra ulu öndərin abidəsi önündə xatirə şəkli çəkdirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri Vasif Talıbov, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktorunun müavini Amina Əl-Həcri, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev və TÜRKSOY-un Baş katibinin müavini Fırat Purtaş “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in bağlanış tədbirində iştirak etmişlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İSESKO-nun Baş direktorunun və TÜRKSOY-un Baş katibinin müavinləri ilə görüşüb

Dekabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktorunun müavini Amina Əl-Həcri və TÜRKSOY-un Baş katibinin müavini Fırat Purtaş ilə görüşmüşdür.

Ali Məclisin Sədri qonaqları salamlayaraq deyib ki, Naxçıvan İslam və Türk dünyasının mərkəzində yerləşir. “Qurani-Kərim”də adı çəkilən Əshabi-Kəhf Ziyarətgahı, eyni zamanda Nuh Peyğəmbərin məzarı Naxçıvandadır. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam ­Mədəniyyətinin Paytaxtı seçilməsini, İslam Mədəniyyətinin Paytaxtı və TÜRKSOY-un tədbirlərinin birgə keçirilməsini yüksək dəyərləndirən Ali Məclisin Sədri demişdir ki, ötən dövrdə muxtar respublikada türk-islam abidələri bərpa olunmuşdur.