Mənəvi dəyərlərimizə böyük qayğı Naxçıvanda yeni məscid inşa olunur

 

 

 

 

 

 

 

 

 

Bu gün Naxçıvan Muxtar Respublikasında  iqtisadi və mədəni inkişafla yanaşı, dini-­mənəvi dəyərlərin qorunmasına da xüsusi diqqət yetirilir. Dini dəyərlərin mahiyyətinə uyğun təbliğ olunmasına, dini-tarixi abidələrin bərpası və yeni məscidlərin tikilməsinə mühüm əhəmiyyət verilir. Hazırda Naxçıvan şəhərində inşası davam etdirilən yeni məscid də mənəvi dəyərlərimizin yaşadılacağı məkan kimi diqqəti cəlb edir.

Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib

Ölkə Prezidenti cənab İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində demişdir: “Azərbaycan torpağında Novruz bayramı daim yad təsirlərdən uzaq tutulmuş və heç bir qüvvəyə onu insanlarımızın qəlbindən çıxarmaq imkanı verilməmişdir. Biz onun böyük mənəvi gücü sayəsində keçmişimizin mürəkkəb dövrlərində belə nikbinliyimizi və gələcəyə inamımızı qoruyub saxlamağı bacarmışıq”.

Mənzillər təqdim olunub

Martın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 3 sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçısına və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə yeni mənzillər təqdim olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Bu gün dövlətimiz tərəfindən sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçılarına və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında sağlamlıq imkanları məhdudlaşmış şəxsə yeni mənzillər təqdim edilir. Bu, dövlətimiz tərəfindən vətən qarşısında öz vəzifələrini və vətənpərvərlik borclarını layiqincə yerinə yetirmiş insanlara göstərilən qayğının daha bir ifadəsidir. Çünki mənzil təminatı hər bir insanın rahat yaşayışı və əsas qayğılarının həll olunması deməkdir.

Naxçıvanda yaz-tarla işlərinə hazırlıqla əlaqədar müşavirə keçirilib

Martın 14-də “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində muxtar respublikada yaz-tarla işlərinə hazırlıqla əlaqədar səyyar müşavirə keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası baş nazirinin birinci müavini Elşad Əliyev çıxış edərək demişdir ki, aqrar sahədə həyata keçirilən islahatlar və göstərilən dövlət dəstəyi muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin edilməsinə etibarlı zəmin yaratmışdır. İqtisadiyyatın real sektorunun əsas istiqamətlərini müəyyən edən dövlət proqramlarının həyata keçirilməsi, lizinq xidmətlərinin genişləndirilməsi, taxıl və soyuducu anbarların həcminin artırılması, istixana komplekslərinin, quşçuluq, balıqçılıq təsərrüfatlarının, meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması nəticəsində muxtar respublikanın kənd təsərrüfatında inkişaf təmin edilmişdir. Artıq muxtar respublikada kənd təsərrüfatı məhsullarının intensiv amillər hesabına artırılması üçün yeni innovativ texnologiyalar tətbiq edilir, dünyanın aparıcı ölkələrində istehsal olunan kənd təsərrüfatı texnikaları istifadə olunur.

Darıdağ arsenli su müalicə və istirahət kompleksi inşa olunacaq

Naxçıvanda müalicə turizminin inkişafına geniş diqqət yetirilir. Bu sahədəki imkanlardan səmərəli istifadə olunur, yeni müalicə mərkəzləri fəaliyyətə başlayır. Həyata keçirilən tədbirlərin nəticəsi olaraq Culfa rayonunda Darıdağ arsenli su müalicə və istirahət kompleksi yaradılacaqdır.

Martın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tikinti aparılacaq əraziyə gəlmiş, kompleksin layihəsinə baxmışdır.