Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Noyabrın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas ilə görüşüb.
Ali Məclisin Sədri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik etmiş və Naxçıvana səfərinin əhəmiyyətini vurğulamışdır. Muxtar respublikada iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdiyini diqqətə çatdıran Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Litva arasında kənd təsərrüfatı, təhsil və turizm sahələrində əməkdaşlıq üçün potensialın olduğunu bildirmişdir.

Naxçıvanda Dövlət Bayrağı Gününə həsr olunmuş iməcilik keçirilib

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 9 noyabr tarixli Qərarı ilə bayrağımız qəbul edilmişdir. Lakin cümhuriyyətin süqutundan sonra üçrəngli bayrağımız Azərbaycanda ilk dəfə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Ali Məclisin sessiyasında qaldırılmış və Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilmişdir. Həmin dövrdə dahi şəxsiyyət Naxçıvanda müstəqil dövlətçiliyimizin əsaslarını yaratmaqla yanaşı, həm də bütün çətinliklərə baxmayaraq təbiətin qorunması qayğısına qalmışdır. Bu gün də muxtar respublikada təbiətin zənginləşdirilməsi və yaşıllıqların artırılması sahəsində ardıcıl tədbirlər görülür.

Şərur rayonunun Yeni Havuş və Xətai kəndlərində geniş quruculuq işləri aparılıb

“Ulu öndər Heydər Əliyevin fəaliyyəti və siyasəti nəticəsində biz bugünkü Azərbaycanı, möhkəm təməl üzərində qurulmuş dövləti görürük”, –  deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən inkişaf strategiyası, xüsusilə sosial sahəyə göstərilən qayğı insan amilinə verilən dəyərin daha bir ifadəsidir. Naxçıvan Muxtar Respublikasında aparılan abadlıq-quruculuq işləri də şəhər, qəsəbə və kəndləri müasir inkişaf mərhələsinə çıxarmış, sakinlərin rahat yaşayışı təmin edilmişdir.

Noyabrın 8-də – Dövlət Bayrağı Günü ərəfəsində Şərur rayonunun Yeni Havuş və Xətai kəndlərində yeni sosial obyektlər istifadəyə verilmişdir.

Kənd məktəbində müasir tədris şəraiti yaradılıb

Noyabrın 8-də Şərur rayonunun Yeni Havuş və Xətai kənd tam orta məktəbi istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.

Məlumat verilmişdir ki, 120 şagird yerlik məktəbdə 14 sinif otağı, hərbi kabinə, tədris proqramına və dərs vəsaitlərinə uyğun avadanlıqlarla təchiz edilmiş kimya-biologiya və fizika laboratoriyaları, şahmat, kompüter və müəllimlər otaqları, kitabxana, bufet və idman zalı vardır. Məktəbdə internetə çıxışı təmin edilmiş 11 kompüter və 3 elektron lövhə quraşdırılmışdır. Kitabxanada 787 dərslik və 3309 bədii ədəbiyyat olmaqla, 4096 kitab vardır ki, bu şagirdlər üçün geniş mütaliə imkanı yaradır.

Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib

 

 

 

 

 

 

 

 

Ailə təsərrüfatları daxili bazarın keyfiyyətli yerli məhsullarla təminatı ilə yanaşı, özünüməşğulluğun təmin olunmasına və iqtisadi inkişafa da mühüm töhfə verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası bu baxımdan mühüm əhəmiyyətə malik olmuş, ailə təsərrüfatlarının biznes planları tərtib olunmuş, onlara güzəştli şərtlərlə kreditlər və müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları verilmişdir.

Şahbuz rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanmışdır

Oktyabrın 31-də Şahbuz rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov çıxış edərək demişdir ki, muxtar respublikada səhiyyənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini xeyli yüksəltmişdir.