Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Çinin ölkəmizdəki səfiri ilə görüşüb

Noyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min ilə görüşüb.

Ali Məclisin Sədri qonağı salamlamış, onu Naxçıvanda görməkdən məmnunluğunu bildirmişdir. Muxtar respublikanın ərazisi, əhalisi və inkişafı barədə məlumat verən Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Çin Xalq Respublikası arasındakı əlaqələrə diqqəti çəkmişdir. Ali Məclisin Sədri Naxçıvanda avtomobil istehsalı və yeni texnologiyaların tətbiqi sahəsində Çin şirkətləri ilə əməkdaşlığın olduğunu bildirmiş, Çin Höküməti tərəfindən muxtar respublikada kənd təsərrüfatının inkişafına göstərilən dəstəyə görə təşəkkür etmişdir.

Yeni Azərbaycan Partiyası: Xalqa və dövlətə xidmət amalı

Quruculuq işləri Şahbuz rayonunun Türkeş kəndini yeni inkişaf mərhələsinə çıxarıb

1992-ci il noyabrın 21-də ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında yaradılan Yeni Azərbaycan Partiyası müstəqil dövlətçilik tariximizin əsasını qoymuşdur. Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, ictimai-siyasi sabitliyin, milli həmrəyliyin, güclü və sosialyönümlü iqtisadiyyatın formalaşmasında başlıca siyasi qüvvəyə çevrilmişdir. Ölkəmizdə, eləcə də muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işləri, iqtisadiyyatın inkişafı və əhalinin rifahının yaxşılaşdırılması Yeni Azərbaycan Partiyasının proqramında nəzərdə tutulan tədbirlərin uğurlu icrasının nəticəsidir. Noyabrın 21-də - Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümündə Şahbuz rayonunun Türkeş kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir. 

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının iclası keçirilmişdir

Noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbovun sədrliyi ilə təşkilatın Siyasi Şurasının iclasında “Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının fəaliyyəti və qarşıda duran vəzifələr” müzakirə olunmuşdur.

Ali Məclisin Sədri iclası açaraq demişdir ki, Yeni Azərbaycan Partiyası zamanın tələbi ilə yaranmışdır. Müstəqil Azərbaycan dövləti və Yeni Azərbaycan Partiyası ümummilli ­liderimiz Heydər Əliyevin şah əsərləridir. 1992-ci ildə ölkə ziyalılarının ulu öndərə müraciəti əsasında yaranan Yeni Azərbaycan Partiyası qısa müddətdə böyük xalq dəstəyi qazanaraq hakim partiyaya çevrilmişdir.

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib.

Naxçıvan Muxtar Respublikasının inkişafının daim diqqət mərkəzində olduğunu bildirən Prezident İlham ƏLİYEV dedi:

-Naxçıvan Muxtar Respublikasının inkişafı daim diqqət mərkəzindədir. Respublikada gedən abadlıq-quruculuq işləri məni çox sevindirir. Naxçıvan son illər ərzində böyük dərəcədə inkişaf etmişdir, həm sosial sahədə, iqtisadi sahədə, sənaye potensialının möhkəmləndirilməsi istiqamətində böyük addımlar atılmışdır. Bu, çox sevindiricidir. Xüsusilə nəzərə alsaq ki, Naxçıvan uzun illər ərzində mühasirə şəraitində yaşayır, üç tərəfdən düşmənlə əhatə olunub. Buna baxmayaraq, respublika yaşayır, güclənir və böyük inkişaf yolunu davam etdirir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyənin Diyanət İşləri başqanı ilə görüşüb

Noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif  Talıbov Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Əli Erbaş ilə görüşmüşdür. 

Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasına səfərinə görə Türkiyənin Diyanət İşləri Başqanına təşəkkür edərək demişdir: Naxçıvan İslamın qapısıdır. Ona görə ki, İslam Naxçıvanda könüllü qəbul olunmuş, dini dəyərlərimiz qorunub yaşadılmışdır. Bu gün muxtar respublikada 211 məscid və 17 dini icma fəaliyyət göstərir, 240-a yaxın din xadimi vardır. Ötən dövrdə Naxçıvan Muxtar Respublikasında 80 məscid tikilmiş, 159 məscid isə yenidən qurulmuşdur. Həyata keçirilən tədbirlər İslam dininin olduğu kimi öyrədilməsi və təbliğinə imkan verir. Hazırda "Naxçıvan" Universitetində Dinşünaslıq ixtisası üzrə ali dini təhsilli kadrlar hazırlanır. Bu ixtisasın məzunları İslamın olduğu kimi öyrədilməsi ilə yanaşı, dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində də səmərəli fəaliyyət göstərəcəklər.