Şahbuz rayonunun Türkeş kəndində qapalı suvarma şəbəkəsi istifadəyə verilib

Muxtar respublikada qurulan qapalı suvarma şəbəkələri kənd yerlərində əhalinin məşğulluğunun təmin olunmasına mühüm töhfə verir. Son illər istifadəyə verilən qapalı suvarma şəbəkələri hesabına 5 min hektara yaxın yeni torpaq sahələri əkin dövriyyəsinə qatılmışdır.

Dekabrın 6-da Şahbuz rayonunun Türkeş kəndində yeni qapalı suvarma şəbəkəsi istifadəyə verilmişdir.

Ordubadda Allahşükür məscidi istifadəyə verilmişdir

Dekabrın 4-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin yubiley tədbiri çərçivəsində Ordubad rayonunun Dırnıs kəndində "Allahşükür məscidi" istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə açılış tədbirində iştirak etmişlər.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək demişdir: Yeni məscidin istifadəyə verilməsi Naxçıvanda dini dəyərlərə göstərilən qayğının nümunəsidir. Bu yol ulu öndər Heydər Əliyev yoludur. Bu yol Azərbaycanı daha işıqlı sabahlara aparır. İlk dəfə adım bir məsciddə əbədiləşir. Bu mənim üçün böyük qürur və iftixardır. Bütün bunlara görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığımı bildirirəm. Allah doğma Azərbaycanımızı, Naxçıvanımızı qorusun”.

Naxçıvanda Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyi qeyd olunub

Dekabrın 4-də Naxçıvanda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin isə 40 illik yubileyi qeyd olunmuşdur.

Tədbir müqəddəs "Qurani-Kərim"dən ayələrin oxunması ilə başlanmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 9 aprel tarixli Sərəncamına əsasən Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin isə 40 illik yubileyinin ölkəmizdə geniş qeyd olunduğunu bildirmiş, yubileylər münasibətilə Allahşükür Paşazadə Həzrətlərini təbrik etmiş, ona uzun ömür və möhkəm cansağlığı arzulamışdır.

Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyi qeyd olunmuşdur

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2019-cu il  avqustun 2-də “Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamış, bununla bağlı Tədbirlə Planı təsdiq edilmişdir.  Noyabrın 30-da Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubiley tədbiri keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Dövlət Tarix Muzeyinin yaranmasının 95 illiyi münasibətilə tədbir iştirakçılarını, muzeyin kollektivini və muxtar respublika əhalisini təbrik edərək demişdir: Tarixi-mədəni irsi qorumaq, mühafizə və təbliğ etmək gələcəyimizə olan diqqətdir. Əgər elm müəssisələri tarixi öyrənir, tədqiq edərək üzə çıxarırlarsa, muzeylər də onu yaşadaraq gələcək nəsillərə çatdırır. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana hər iki rəhbərliyi dövründə bu amili əsas götürərək muzeyşünaslığın inkişafına böyük qayğı göstərmişdir. Ötən əsrin 70-ci illərindən başlayaraq tarixi-mədəni irsə və milli dəyərlərə qayıdış siyasətinin tərkib hissəsi olaraq ölkəmizdə geniş muzeylər şəbəkəsi yaradılmış, rayonlarda tarix-diyarşünaslıq muzeyləri, görkəmli şəxsiyyətlərin, ədəbiyyat və incəsənət xadimlərinin ev muzeyləri, xatirə muzeyləri istifadəyə verilmişdir. Müstəqillik illərində isə ulu öndərin rəhbərliyi ilə muzey işi inkişafın yeni mərhələsinə qədəm qoymuş, bu sahədə fəaliyyəti tənzimləyən qanunvericilik bazası yaradılmışdır. 

Naxçıvanda yeni meyvə bağı salınıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır”. 

Naxçıvan Muxtar Respublikasında ekologiyanın zənginləşdirilməsi diqqətdə saxlanılır. Aparılan tədbirlərin nəticəsidir ki, muxtar respublika ərazisinin 20 faizə yaxını yaşıllıqlardan ibarətdir. Yaşıllaşdırma tədbirləri payız aylarında da davam etdirilir, yeni meyvə bağları salınır. 

Noyabrın 23-də muxtar respublikada payız mövsümünün növbəti iməciliyi keçirilmişdir.