Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov ilə görüşmüşdür.

Ali Məclisin Sədri qonağı salamlamış, onu səfir təyin olunması münasibətilə təbrik etmişdir.

Naxçıvanın ərazisi, əhalisi, keçdiyi inkişaf yolu barədə məlumat verən Ali Məclisin Sədri muxtar respublika iqtisadiyyatının müxtəlif sahələrinin inkişaf etdiyini diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, muxtar respublika özünü əsas ərzaq və sənaye məhsulları ilə təmin edir və ixrac imkanlarına malikdir.

Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilmişdir

Dekabrın 10-da Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə ­keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir ki, muxtar respublikada səhiyyə müəssisələrinin yenidən qurulması, müasir tibbi avadanlıqların alınması və kadr hazırlığı sahəsində görülən işlər öz nəticəsini vermişdir. Səhiyyənin inkişafı sahəsində görülən işlər muxtar respublikada icbari tibbi sığortanın tətbiq olunmasına imkan verir. İxtisaslı tibbi heyətin formalaşması nəticəsində Ordubad rayonunda icbari tibbi sığorta uğurla tətbiq olunacaqdır.

Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanmışdır

Dekabrın 10-da Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbir ­keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov çıxış edərək demişdir ki, muxtar respublikada səhiyyənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini xeyli yüksəltmişdir. Muxtar respublikanın bütün yaşayış məntəqələrində aparılan quruculuq işləri səhiyyə müəssisələrini də əhatə etmişdir. Səhiyyə islahatlarının ən mühüm cəhətlərindən biri də muxtar respublikada icbari tibbi sığortanın tətbiqidir. Bu ilin noyabr ayından etibarən Ordubad rayonunda icbari tibbi sığortaya keçidlə bağlı işlərə başlanılmışdır. Əhaliyə rayon mərkəzi xəstəxanası, 12 həkim ambulatoriyası və 27 feldşer-mama məntəqəsi vasitəsilə tibbi xidmət göstərilir. İcbari tibbi sığortaya keçid rayon əhalisinin sağlamlıq göstəricilərinin yüksəlməsində mühüm rol oynayacaqdır. Niyazi Novruzov yaradılan şəraitə görə səhiyyə işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.

Şərur rayonunun Xələc kəndi müasirliyə qovuşdu

 

 

 

 

 

 

 

 

 

Naxçıvan Muxtar Respublikasında aparılan genişmiqyaslı quruculuq işləri bütün şəhər və kəndləri əhatə edir. Yeni sosial obyektlər inşa olunur, əhalinin rahat yaşayışı təmin edilir. Bu il Şərur rayonunun Xələc kəndində də geniş quruculuq işləri görülmüş, kənd muxtar respublikanın abad yaşayış məntəqələri sırasına daxil olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Dekabrın 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasının Ticarət nazirinin müavini Rza Tuna Turaqayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Ali Məclisin Sədri qonaqları salamlamış, Naxçıvanla əlaqələrin inkişafına və nümayəndə heyətinin səfərinə verdiyi dəstəyə görə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana hörmət və ehtiramını bildirmişdir.