Şəhid ailəsinə, müharibə iştirakçılarına mənzil və avtomobil təqdim olunub

İnkişaf, tərəqqi və sabitliyin bəhrəsi – müasir Azərbaycan kəndləri Ordubad rayonunun Dəstə kəndində kompleks quruculuq işləri görülüb

2019-cu ildə ilk məktəb binası Dəstə kəndində istifadəyə verildi

Yanvarın 14-də Dəstə kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.

Qeyd olunmuşdur ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan 900 şagird yerlik məktəbdə 4-ü  elektron lövhəli olmaqla, 49 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 3 kompüter otağı, müəllimlər otağı, psixoloq otağı, kitabxana, idman zalı və bufet vardır. 2018-2019-cu tədris ilində Dəstə kənd tam orta məktəbində birinci sinfə 51 şagird qəbul olunub. Son 5 ildə məktəbin 6 şagirdi Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub.Məktəbdə zəngin kitabxana fondu yaradılmışdır. Burada 13 min 641 kitab vardır ki, onların da 7187-si dərslik və 6454-ü bədii ədəbiyyatdır. Ölkə və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri, elektron kitab bazası və oxunması zəruri olan kitablardan ibarət guşə şagirdlər üçün geniş mütaliə imkanları açır.

Naxçıvan Muxtar Respublikasında Yeni il şənlikləri keçirilir

Naxçıvan şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olunmuşdur

 Yola saldığımız 2018-ci il müstəqil Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının tarixinə uğurlu inkişaf dövrü kimi daxil olmuşdur.

Ötən il ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin davam etdirilməsi sosial-iqtisadi və ictimai-mədəni sahələrdə əlamətdar hadisələrlə yadda qalmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin muxtar respublikaya növbəti səfəri və bu zaman mühüm infrastruktur obyektlərinin istifadəyə verilməsi 2018-ci ilin ən mühüm hadisəsi olmuşdur.

Həmçinin Naxçıvan şəhəri “İslam Mədəniyyətinin Paytaxtı”, ölkəmizin Gənc­lər Paytaxtı kimi tarixi missiyanı uğurla başa çatdırmışdır. İqtisadi, mədəni və sosial rifahın təmin olunması sahəsində görülən işlər Naxçıvan Muxtar Respublikasını ikinci dəfə ölkəmiz üzrə investisiya reytinqinin  qalibi etmişdir.

Əldə olunan nailiyyətlər 2019-cu ildə də muxtar respublikada inkişafın və sabitliyin davam etdiriləcəyinə təminat verir, birlik və həmrəyliyimizi daha da möhkəmləndirir.

Dekabrın 31-də Naxçıvan şəhər sakinləri və şəhərimizin qonaqları həmrəylik bayramını və yeni ilin gəlişini böyük ruh yüksəkliyi və bayram gəzintisi ilə qeyd etdilər.Naxçıvan şəhərinin mərkəzi meydanında yolka qurulmuş, al-əlvan işıqlarla bəzədilmiş şəhər bayram libasına bürünmüşdü.

Dövlət-xalq-ordu birliyi milli həmrəyliyin bəhrəsidir Gərməçataq və Buzqov kəndlərindəki hərbi hissələr üçün yeni əsgəri-məişət kompleksləri istifadəyə verilib

Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir.Ən çətin dağlıq şəraitdə belə, hərbi xidmət ­nümunəvi təşkil olunur, şəxsi heyətin xidmət və məişət şəraiti yaxşılaşdırılır.2018-ci ildə Əlahiddə Ümumqoşun Ordu tərəfindən Günnüt kəndi və ətraf ərazilərin nəzarət altına alınması bir daha göstərdi ki, əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək əzmindədir.Bütün bunlar həm də dövlət-xalq-ordu birliyinin bəhrəsidir.Bu birlik və həmrəylik ordumuzun gücünü artırır.Bayram günlərində hərbi hissələrdə yeni xidmət və yaşayış binalarının istifadəyə verilməsi, əsgər və zabitlərlə görüşlərin keçirilməsi də mühüm əhəmiyyətə malikdir.
 
Dekabrın 31-də Babək rayonunun Gərməçataq və Buzqov kəndlərindəki hərbi hissələr üçün yeni əsgəri-məişət kompleksləri istifadəyə verilmişdir.