Naxçıvan inkişafın müasir mərhələsində Ordubad rayonunun Vənənd kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir

Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Naxçıvan Muxtar Respublikasının inkişafı daim diqqət mərkəzindədir. Respublikada gedən abadlıq-quruculuq işləri məni çox sevindirir. Naxçıvan son illər ərzində böyük dərəcədə inkişaf etmişdir, həm sosial sahədə, iqtisadi sahədə, sənaye potensialının möhkəmləndirilməsi istiqamətində böyük addımlar atılmışdır. Bu, çox sevindiricidir”.

 Azərbaycan dövlətinin inkişaf dinamikasını əks etdirən Naxçıvan Muxtar Respublikası ulu öndər Heydər Əliyev siyasi xəttinin təntənəsidir. Dahi şəxsiyyətin yolunun davam etdirilməsi Naxçıvanın inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Muxtar respublikada enerji, ərzaq, müdafiə və informasiya təhlükəsizliyi təmin olunmuşdur. Hər bir sahədə yenilik, tərəqqi müşahidə olunur. Geniş quruculuq işləri aparılır, müasir kənd infrastrukturu yaradılır, insan amilinə yüksək qiymət verilir.

 Yanvarın 13-də Ordubad rayonunun Vənənd kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.

Dəstə Radio-Televiziya Verici Stansiyasının yeni binası istifadəyə verilmişdir

Yanvarın  13-də Dəstə Radio-Televiziya Verici Stansiyasının yeni binasının açılışı olmuşdur. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, binada yaradılan şəraitlə maraqlanmışdır. 

Məlumat verilmişdir ki, iki mərtəbədən ibarət bina 8 otaqdan ibarətdir. Birinci mərtəbədə transmissiya, generator və elektrik otaqları, ikinci mərtəbədə isə 2 baza stansiyası, nəzarətçi və teleradio vericiləri otaqları yerləşir. Transmissiya otağında fiber-optik sonlandırma avadanlıqları, paylayıcı və çevirici qurğular, baza stansiyalarında 2 rəqəmsal televiziya və 3 radio vericisi, mobil operatorların baza stansiyaları və köməkçi avadanlıqları, nəzarətçi otağında isə efirə nəzarət üçün 2 monitor quraşdırılmışdır. 

150 metrlik qüllədə mobil rabitə baza stansiyalarının, televiziya və radio vericilərinin şüalandırıcıları, anten-fider sistemləri qurulmuş, radio-rele avadanlıqlarının qəbuledici-verici çanaq antenləri montaj olunmuşdur. Yaradılan şərait ərazidə teleradio yayımlarının kəsintisiz həyata keçirilməsinə imkan verəcəkdir. 

Darkənd su dəyirmanı yenidən qurulub

3-cü Sərhəd Zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib

Yanvarın 8-də “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 3-cü Sərhəd Zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-mayor Niyaməddin Tağıyev Ali Məclisin Sədrinə raport vermişdir.

Ali Məclisin Sədri açılışı bildirən lenti kəsmişdir.

Naxçıvan Muxtar Respublikasında Yeni il şənlikləri keçirilir

 

 

 

 

 

 

 

 

 

Ulu öndər Heydər Əliyev siyasi xəttinə sədaqət muxtar respublika sakinlərinin birlik və həmrəyliyini möhkəmləndirir, 2020-ci ilin ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında növbəti inkişaf mərhələsi kimi tarixə yazılacağına əminlik yaradır.