Statistik Məlumatlar Sisteminin təqdimatı olub

İyunun 27-də  Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində Statistik Məlumatlar Sisteminin təqdimatı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Statistik Məlumatlar Sistemini işə salmışdır.

Məlumat verilmişdir ki, Statistik Məlumatlar Sisteminin qurulması üçün yeni server alınmış, müasir proqram təminatı yaradılmışdır. Son 10 ilin statistik məlumatları serverə işlənilmişdir. Təhlükəsizlik paneli ilə təmin edilmiş sistem qurularkən lisenziyalı proqramlardan istifadə olunmuşdur.

Naxçıvanda taxıl biçini mütəşəkkil aparılır

Naxçıvan Muxtar Respublikasında bu ilin məhsulu üçün 33 min 308 hektar sahədə taxıl əkilmişdir. İyunun 10-dan etibarən taxıl biçininə başlanılmışdır. Yaradılan şərait, texnika və kombayn təminatı biçin kampaniyasının itkisiz aparılmasına imkan verir.

İyunun 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin Kəngərli rayonunun Böyükdüz kəndindəki taxıl əkini sahəsinə gəlmiş, taxıl biçininin gedişi ilə maraqlanmışdır.

Naxçıvan şəhərində “Saat Meydanı” turistik istirahət mərkəzi fəaliyyətə başlamışdır

İyunun 21-də Naxçıvan şəhərində “Saat Meydanı” turistik istirahət mərkəzi istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək demişdir ki, son illər istifadəyə verilən yeni inzibati və yaşayış binaları, xidmət sahələri, salınan park və küçələr qədim Naxçıvan şəhərinin simasını tamamilə dəyişmişdir. Əhalinin yaşayışı, məşğulluğu və istirahətinin səmərəli təşkili istiqamətində ardıcıl tədbirlər görülmüş, yeni istehsal və xidmət sahələri fəaliyyətə başlamışdır. Bu il də Naxçıvan şəhərində quruculuq işləri davam etdirilir, yeni yaşayış kompleksi və inzibati binalar, xidmət sahələri tikilir, parklar salınır, mövcud yaşayış binaları yenidən qurulur. İstifadəyə verilən “Saat Meydanı” da bu sahədə görülən işlərin davamıdır. Mirsənani Seyidov “Saat Meydanı”nın yeni iş yerlərinin açılması, sakinlərin və turistlərin rahatlığının təmin olunması ilə yanaşı, həm də Naxçıvan şəhərinin arxitektura quruluşunu zənginləşdirdiyini bildirmiş, bütün bunlara görə Naxçıvan şəhər ictimaiyyəti adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.

Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib

İyunun 17-də Heydər Əliyev adına Hərbi Liseyin 2019-cu il buraxılışı münasibətilə tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir.Əlahiddə Ümumqoşun Ordu komandanı general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə mərasimə hazırlıq barədə raport vermişdir.Ali Məclisin Sədri kursantları salamlamışdır.Kursantlar orkestrin müşayiəti ilə Azərbaycanın dövlət himnini ifa etmişlər.