Sədərək rayonunda Su Monitorinq Laboratoriyası istifadəyə verilmişdir

İyulun 2-də Sədərək rayonunun Heydər­abad qəsəbəsində Su Monitorinq Laboratoriyası istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Mais Əliyev çıxış edərək demişdir ki, muxtar respublikada ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu sahədə dövlət proqramları qəbul edilərək icra olunur. Son illər ətraf mühitin mühafizəsi sahəsində görülən işlər muxtar respublika ərazisində əlverişli ekoloji şəraitin qorunub saxlanılmasına zəmin yaratmışdır. Xüsusilə yaşıllıqların artırılması, flora və faunanın mühafizəsi sahəsində ­görülən işlər öz nəticəsini vermişdir. Muxtar respublikada əhalinin sağlam ekoloji mühitdə yaşamasına xüsusi diqqət yetirilir. Bu tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Sədərək Rayon Su Monitorinq Laboratoriyası yaradılmış, müasir avadanlıqlarla təchiz edilmiş yeni inzibati bina tikilmişdir. Mais Əliyev göstərilən qayğıya görə minnətdarlıq etmiş, qarşıya qoyulan vəzifələrin icrasında səylə çalışacaqlarına söz vermişdir.

Ulu öndər Heydər Əliyev siyasi xəttinin bəhrəsi – müasir Sədərək

Heydərabad qəsəbəsində yeni yaşayış binası istifadəyə verilmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sədərək rayonuna səfəri zamanı demişdir: “Biz güclü dövlət qururuq. Bu dövlətin təməlini ulu öndər Heydər Əliyev qoymuşdur. Onun zəhməti, yorulmaz fəaliyyəti, müdrik siyasəti nəticəsində bu gün Azərbaycan böyük zirvələri fəth etməyə nail olub”.

Sədərək rayonunun yaranması və inkişafı da ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ölkəmizə birinci rəhbərliyi dövründən başlayaraq sərhəd yaşayış məntəqəsinin inkişafını diqqətdə saxlamış, 1990-1993-cü illərdə isə Sədərək işğaldan qorunmuşdur. Milli Qurtuluşdan başlanan yol müstə­qillik ­illərində rayonu müasir yaşayış məntəqəsinə çevirmişdir. Bu gün Heydər Əliyev siyasi xəttinə sədaqət Sədərək rayonunda davamlı inkişafı təmin etmiş, Heydərabad ­qəsəbəsində və kəndlərdə quruculuq işlərinin miqyası genişlənmiş, məskunlaşma ­artmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Ukraynanın ölkəmizdəki səfiri ilə görüşüb

İyulun 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski ilə görüşmüşdür.

Ali Məclisin Sədri səfiri muxtar respublikada görməkdən məmnunluğunu ifadə etmişdir.

Vladislav Kanevski Naxçıvana səfərə mühüm əhəmiyyət verdiklərini bildirmiş, göstərilən diqqətə görə minnətdarlıq etmişdir. Ölkələrimiz arasındakı ikitərəfli münasibətlərdən danışan səfir Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafını bu baxımdan mühüm amil kimi dəyərləndirmiş, qarşıdakı dövrdə səylərini artıracağını bildirmişdir.

Statistik Məlumatlar Sisteminin təqdimatı olub

İyunun 27-də  Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində Statistik Məlumatlar Sisteminin təqdimatı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Statistik Məlumatlar Sistemini işə salmışdır.

Məlumat verilmişdir ki, Statistik Məlumatlar Sisteminin qurulması üçün yeni server alınmış, müasir proqram təminatı yaradılmışdır. Son 10 ilin statistik məlumatları serverə işlənilmişdir. Təhlükəsizlik paneli ilə təmin edilmiş sistem qurularkən lisenziyalı proqramlardan istifadə olunmuşdur.