Naxçıvanda yaz-tarla işlərinə hazırlıqla əlaqədar müşavirə keçirilib

Martın 14-də “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində muxtar respublikada yaz-tarla işlərinə hazırlıqla əlaqədar səyyar müşavirə keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası baş nazirinin birinci müavini Elşad Əliyev çıxış edərək demişdir ki, aqrar sahədə həyata keçirilən islahatlar və göstərilən dövlət dəstəyi muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin edilməsinə etibarlı zəmin yaratmışdır. İqtisadiyyatın real sektorunun əsas istiqamətlərini müəyyən edən dövlət proqramlarının həyata keçirilməsi, lizinq xidmətlərinin genişləndirilməsi, taxıl və soyuducu anbarların həcminin artırılması, istixana komplekslərinin, quşçuluq, balıqçılıq təsərrüfatlarının, meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması nəticəsində muxtar respublikanın kənd təsərrüfatında inkişaf təmin edilmişdir. Artıq muxtar respublikada kənd təsərrüfatı məhsullarının intensiv amillər hesabına artırılması üçün yeni innovativ texnologiyalar tətbiq edilir, dünyanın aparıcı ölkələrində istehsal olunan kənd təsərrüfatı texnikaları istifadə olunur.

Darıdağ arsenli su müalicə və istirahət kompleksi inşa olunacaq

Naxçıvanda müalicə turizminin inkişafına geniş diqqət yetirilir. Bu sahədəki imkanlardan səmərəli istifadə olunur, yeni müalicə mərkəzləri fəaliyyətə başlayır. Həyata keçirilən tədbirlərin nəticəsi olaraq Culfa rayonunda Darıdağ arsenli su müalicə və istirahət kompleksi yaradılacaqdır.

Martın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tikinti aparılacaq əraziyə gəlmiş, kompleksin layihəsinə baxmışdır.

Əlahiddə Ümumqoşun Ordunun yeni Səhra Təlim Mərkəzi istifadəyə verilmişdir

 

 

 

 

 

 

 

 

 

Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Yeni hərbi hissələr istifadəyə verilir, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması diqqətdə saxlanılır.

Bu sahədə görülən işlərin davamı olaraq martın 9-da Əlahiddə Ümumqoşun Ordusunun yeni Səhra Təlim Mərkəzi istifadəyə verilmişdir.

Azərbaycan Respublikası təltiflərinin təqdimatı olub

Martın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan Respublikası təltiflərinin təqdimatı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təltif olunan qadınları,  eyni zamanda onların timsalında bütün muxtar respublika qadınlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək  demişdir: Qadınlar cəmiyyətin əsas aparıcı qüvvəsidir. Çünki qadın əməyi olmadan cəmiyyətin inkişafı mümkün deyil. Muxtar respublika əhalisinin 52 faizə yaxını qadınlardır. Hazırda muxtar respublika qadınları dövlət quruculuğunda, təhsil, səhiyyə, mədəniyyət və sahibkarlıq sahələrində, hüquq-mühafizə orqanlarında, eləcə də ailə dəyərlərinin qorunmasında uğurla fəaliyyət göstərirlər. Sevindirici haldır ki, ali məktəblərə qəbul olan gənclərin 60 faizdən çoxunu qızlar, təlim-tərbiyə sahəsində çalışanların isə 70 faizdən çoxunu qadınlar təşkil edir.

Şərur şəhər avtomobil yolları yenidən qurulacaq, Mədəniyyət Sarayı üçün yeni bina və müasir yaşayış kompleksi inşa olunacaqdır

    

    

 

 

 

 

 

 

 

 

Muxtar respublikada aparılan quruculuq işləri Şərur şəhərini müasir görkəmə qovuşdurmuşdur. Şəhərdə yeni inzibati binaların, sosial obyektlərin eləcə də yaşayış binalarının istifadəyə verilməsi, müasir içməli su sistemlərinin və kanalizasiya sistemlərinin qurulması əhalinin rahat yaşayışına xidmət edir. Quruculuq tədbirləri 2019-cu ildə də davam etdiriləcək. Şərur şəhərinin avtomobil yolları yenidən qurulacaq, rayon Mədəniyyət Sarayı üçün yeni bina və müasir yaşayış kompleksi inşa olunacaqdır.

Martın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur şəhər avtomobil yollarının yenidən qurulması, Mədəniyyət Sarayanın və yaşayış kompleksinin layihələrinə baxmışdır.