Naxçıvan Muxtar Respublikasının Konstitusiyası - 20 il

Naxçıvan Muxtar Respublikasının ilk milli Konstitusiyası və muxtariyyət məsələləri

 

“Naxçıvan muxtariyyatı tarixi nailiyyətdir, biz onu qoruyub saxlamalıyıq.

Naxçıvanın muxtariyyatı Naxçıvanın əlindən getmiş başqa torpaqlarının

qaytarılması üçün ona xidmət edən çox böyük amildir.

Biz bu amili qoruyub saxlamalıyıq.

Heydər Əliyev

Azərbaycan xalqının ümummmilli lideri

Azərbaycanın Naxçıvan diyarı qədim tarixə malikdir. Tale bu torpaqdan öz səxavətini əsirgəməmişdir. Əlverişli təbii-coğrafi şəraitə malik olan Naxçıvanda ən qədim zamanlardan məskunlaşan əcdadlarımız burada tükənməz mədəniyyət nümunələri yaratmışlar. Naxçıvan antik, orta əsrlər və müasir dövr milli mədəniyyət nümunələri və tarixi abidələrlə, ilk insan düşərgələri, erkən şəhər mədəniyyəti, möhtəşəm qala divarları, qayaüstü rəsmlər, daş qoç heykəlləri, xatirə memarlığının mükəmməl nümunələri olan türbələrlə zəngindir. Bu ərazidə, həmçinin Ovçular təpəsi və Qazma mağarası kimi qədim yaşayış yerləri, Əshabi-Kəhf və Gəmiqaya kimi möhtəşəm mədəniyyət nümunələri və beş min il bundan əvvələ aid edilən Naxçıvan şəhər mədəniyyəti yaradılmışdır. Bu ərazidə təkcə zəngin mədəni dəyərlərin yox, eyni zamanda, böyük dövlətçilik ənənələrinin də əsası qoyulmuş, onuncu əsrdə “Naxçıvan şahlığı”, on ikinci əsrdə isə Atabəylər dövləti yaranmışdır. On səkkizinci əsrdə Azərbaycan ərazisində yaranmış 18 xanlıqdan biri olan Naxçıvan xanlığı inzibati idarəçiliyin formalaşmasına mühüm töhfələr vermişdir. İyirminci əsrin əvvəllərində 1 milyondan çox əhaliyə malik olan Araz-Türk Respublikası Naxçıvanın müdafiə qabiliyyətinin möhkəmlənməsində və tarixi ərazisinin qorunmasında taleyüklü xidmətlər göstərmişdir.

Bu diyarın ən qiymətli sərvətlərindən biri də dövlətçilik ənənələrinin davamı olaraq formalaşan Naxçıvanın muxtariyyətidir. Naxçıvan Muxtar Respublikası milli mənsubiyyətə görə yox, 1918-1924-cü illərdə cərəyan edən daxili və xarici amillərin təsiri altında yaranmışdır. 1920-ci il dekabrın 2-də Rusiya və Ermənistan arasında bağlanmış hərbi-siyasi sazişə görə qədim Azərbaycan torpağı olan Zəngəzurun Ermənistana verilməsi Naxçıvanın muxtariyyət məsələsini həlli vacib olan məsələlər sırasına çəkmişdir. Ümummilli liderimiz Heydər Əliyev bu dövrdə yaranmış siyasi vəziyyəti nəzərdə tutaraq demişdir: “Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvanın muxtariyyət məsələsini zəruri etmişdir”.

İnsаn hüquq və аzаdlıqlаrının müdаfiəsi sahəsində Milli Fəaliyyət Proqramının əhəmiyyəti və prоkurоrluq оrqаnlаrının rоlu

10 dekabr-Beynəlxalq İnsan Hüquqları Günüdür          

“İnsan hüquqlarının müdafiəsi dövlət fəaliyyətinin 

təməl prinsiplərindən biridir.”

Heydər Əliyev

Azərbaycan xalqının ümummilli lideri

 İnsan hüquq və azadlıqlarının təmin edilməsi müasir dünyada demokratik inkişafın ayrılmaz tərkib hissəsini, bəşəriyyətin mənəvi-hüquqi və siyasi ideallarının ali təzahürünə çevrilməklə, vətəndaş cəmiyyətinin yetkinliyinin başlıcа meyarı sayılır. Bütün sivil dövlətlərdə ümumi qayğı və məsuliyyət predmeti kimi nəzərdən keçirilən bu meyarlar hüquqi dövlət quruculuğu yolu ilə inamla irəliləyən və ciddi uğurlara imza atan müstəqil Azərbaycan Rеspublikаsının ictimai-siyasi həyatında da özünə möhkəm yer tutub.

12 noyabrv1995-ci il tarixdə qəbul edilən Azərbaycan Respublikasının lik milli  Konstitusiyasının ikinci bölməsi bütünlüklə əsаs insаn və vətəndаş hüquq və аzаdlıqlаrınа həsr оlunaraq, ötən müddət ərzində milli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər qanunçuluğun təmin olunmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə, cinayətkarlıqla mübarizə tədbirlərinin genişləndirilməsinə real şərait yaratdı.

 22 fevral 1998-ci il tarixdə ümummilli lider Heydər Əliyev tərəfindən "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman imzalandı. Fərmanda ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi, aparılan genişmiqyaslı islahatlar nəticəsində insan hüquqlarının müdafiəsi sisteminin yaradılması zəruriliyi göstərilərək, bu sahədə inkişafın istiqamətləri müəyyən edilildi. Bu Fərmanın məntiqi davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 18 iyun 1998-ci il tarixli Sərəncamı ilə Azərbaycanın "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq edilildi. Dövlət Proqramına əsasən həyata keçirilən tədbirlər nəticəsində ölkədə İnsan hüquqları üzrə müvəkkil təsisatı yaradıldı, dövlət orqanları fəaliyyətinin insan hüquqlarının təmin edilməsi baxımından təkmilləşdirilməsinə təkan verildi.                28 dekabr 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilən “İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin gücləndirilməsinə xidmət etdi.

Torpaqlardan səmərəli istifadə hər kəsin vətəndaşlıq borcudur

   Torpaq daşınmaz əmlakın xüsusi növü kimi tarixin bütün dövrlərində insan həyatı üçün xüsusi əhəmiyyət kəsb etmişdir. Torpaq insanlar üçün yaşayış, yurd yeri və qazanc mənbəyi olmuşdur. Torpağı olmayan xalqın öz müqəddəratını təyin etməsi mümkün deyil.
Ölkəmizdə torpaq islahatlarının həyata keçirilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə bu sahədə mühüm qərarlar qəbul olunmuşdur. Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edilmiş, bununla da, Azərbaycanda torpaq islahatına ilk dəfə Naxçıvandan başlanılmışdır.
1993-2003-cü illərdə isə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu istiqamətdə kompleks tədbirlər görülmüş, torpağa münasibətdə tarixi ədalət bərpa edilmiş, yeni torpaq münasibətləri və qanunvericilik bazası formalaşdırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasında torpaqla bağlı münasibətlərin hüquqi təminatının əsasları öz əksini tapmış, torpaq üzərində xalqın ümumi rifahına və dövlətin iqtisadi dirçəlişinə xidmət edən mülkiyyət formaları təsbit edilmişdir. Ölkəmizdə Torpaq Məcəlləsinin və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul olunması isə torpaq islahatının aparılmasının hüquqi əsasları və qaydalarını müəyyənləşdirmişdir. Bütün bunlar aqrar sahədə yeni təsərrüfat münasibətlərinin formalaşmasına, torpaqdan səmərəli istifadəyə və ona qayğıkeş münasibətin formalaşmasına təkan vermişdir.