İcra məmurlarıhaqqında Azərbaycan Respublikasının Qanunu

İcra məmurlarıhaqqında

Azərbaycan Respublikasının Qanunu

I fəsil. Ümumi müddəalar

Maddə 1. İcra məmurlarının funksiyaları

İcra məmurları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, apellyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrin, hərbi məhkəmələrin, rayon (şəhər) məhkəmələrinin (bundan sonra—məhkəmələr) müəyyən olunmuş fəaliyyət qaydasını təmin edir, habelə məhkəmələrin mülki, inzibati və iqtisadi mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların və qanunvericiliklə icrası icra məmurlarına həvalə edilmiş digər orqanların aktlarının icrasını həyata keçirirlər.

Maddə 2. Icra məmurları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Icra məmurları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə icra məmurları haqqında müəyyən olunmuş qaydalar bu Qanunda nəzərdə tutulmuş qaydalardan fərqlənərsə, beynəlxalq müqavilələrin qaydaları tətbiq olunur.

Maddə 3. Icra məmurlarınin və məhkəmə icraçılarının qulluğa qəbulu və qulluq keçməsi

Ali hüquq təhsili olan Azərbaycan Respublikasının vətəndaşları icra məmurları ola bilərlər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin icra məmurları istisna olmaqla digər icra məmurlarının qulluğa qəbulu və qulluq keçməsi «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində, Azərbaycan Respublikasının Ali Məhkəməsində və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində icra məmurlarının qulluğa qəbulu və qulluq keçməsi dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

Maddə 4. Xidməti silah

Icra məmurlarınin və məhkəmə icraçılarının xüsusi hazırlıq keçəndən sonra qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti silah və xüsusi vasitələr gəzdirmək, saxlamaq və istifadə etmək hüquqları vardır.

Maddə 5. Icra məmurları xidmətinin fəaliyyətinin təşkili

Icra məmurlarınə və məhkəmə icraçılarına həvalə olunmuş vəzifələrin həyata keçirilməsini müvafiq icra hakimiyyəti orqanı təmin edir.

Icra məmurları xidmətinə Azərbaycan Respublikasının Baş icra məmuru rəhbərlik edir.

Icra məmurları xidmətinin fəaliyyətinin əsasları qanunla müəyyən edilir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində, Azərbaycan Respublikası Ali Məhkəməsində, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində icra məmurlarımüvafiq olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri , digər icra məmurları müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilirlər.

Maddə 6. Icra məmurları xidmətinin fəaliyyətinin təşkilində müvafiq icra hakimiyyəti orqanının səlahiyyəti

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin icra məmurlarıistisna olmaqla müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Baş icra məmuru vasitəsilə icra məmurları xidmətinin fəaliyyətinə təşkilati və metodik rəhbərliyi həyata keçirir.

II fəsil. Icra məmurları

Maddə 7. İcra məmurlarının vəzifələri

İcra məmuru icra ilə əlaqədar aşağıdakı vəzifələri yerinə yetirir:

icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür;

icrada iştirak edən tərəflərə və onların nümayəndələrinə icra sənədləri ilə tanış olmağa, onlardan çıxarış etməyə və ya həmin sənədlərin surətini çıxarmağa imkan yaradır;

icrada iştirak edən tərəflərin icraya dair ərizə və vəsatətlərinə müəyyən olunmuş müddətdə baxır, müvafiq qərar qəbul edir, onlardan şikayət vermək müddətini və qaydasını izah edir;

alimentin məhkəmənin qətnaməsində və ya aliment ödənilməsi barədə sazişdə göstərilən miqdarına uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada borcları müəyyən edir;

icra xidməti və ya qurumunun rəhbərinin göstərişlərini yerinə yetirir.

İcra məmuru məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasının təmin edilməsi ilə əlaqədar aşağıdakı vəzifələri yerinə yetirir:

məhkəmədə hakimlərin, andlı iclasçıların, məhkəmə prosesinin digər iştirakçılarının və şahidlərin təhlükəsizliyini təmin edir;

məhkəmənin fəaliyyəti ilə əlaqədar hakimlərin sərəncamlarını icra edir;

məhkəmə və hakimin qərarı ilə təqsirləndirilən şəxs və digər şəxslər barəsində qanunda nəzərdə tutulmuş prosessual məcburiyyət tədbirlərini tətbiq edir;

iş vaxtı məhkəmə binalarının, müşavirə otaqlarının və məhkəmə iclas zalının mühafizəsini təmin edir;
məhkəmə iclas zalının iclasa hazırlığını yoxlayır, hakimin tapşırığı ilə cinayət işinin və maddi sübutların məhkəmə iclas zalına gətirilməsini və mühafizəsini təmin edir;

həbsdə saxlanılan məhkumların müşayiət edilməsində, onların mühafizəsi və təhlükəsizliyi məsələlərində hərbiləşdirilmiş qurumlarla qarşılıqlı fəaliyyət göstərir;

məhkəmənin ərazisində ictimai qaydaları təmin edir, qanun pozuntularının qarşısını alır, onları aradan qaldırır, nizam-intizamı pozanları aşkar edərək qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlər görür;

məhkəmə çağırışı, habelə məhkəmə qərarının icrası ilə əlaqədar gəlməkdən imtina edən şəxslərin məcburi qaydada gətirilməsini həyata keçirir;

icra xidməti və ya qurumunun rəhbərinin göstərişlərini yerinə yetirir.

Maddə 8. İcra məmurlarının hüquqları

İcra məmurunun icra ilə əlaqədar aşağıdakı hüquqları vardır:

öz səlahiyyətləri daxilində müəssisə, təşkilat, idarə və vətəndaşlardan icra ilə əlaqədar məlumat, arayış və izahat almaq;

borclunun iş yerində icra sənədlərinin icrası vəziyyətini yoxlamaq;

müəssisələrə, təşkilatlara, idarələrə və vətəndaşlara icra ilə əlaqədar konkret tapşırıqlar vermək;

zəruri hallarda borcluya məxsus mənzilə və ya otağa daxil olmaq, orada baxış keçirmək və bütün saxlama yerlərini açmaq və baxmaq, habelə müvafiq məhkəmənin qərarına əsasən bu hərəkətləri borcluya məxsus digər şəxslərin tutduqları mənzil və otaqlarda da həyata keçirmək;

əmlaka həbs qoymaq, əmlakı götürmək, saxlanmağa vermək və üzərinə həbs qoyulmuş əmlakı realizə etmək (qanuna əsasən icra sənədləri üzrə tələb yönəldilə bilməyən əmlak növlərindən başqa);

tələbi borclunun hesabında olan pul vəsaitlərinə və digər qiymətli əşyalarına, banklarda və ya digər kredit təşkilatlarındakı əmanətlərinə yönəltmək;

tələbi borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəltmək;

tələbi borclunun digər şəxslərdə olan pul məbləğinə və əmlakına yönəltmək;

icra sənədlərində göstərilmiş predmetləri borcludan almaq və tələbkara vermək;

icra üçün daxil olmuş sənəddə aydın olmayan məsələlər haqqında məhkəməyə, yaxud icra sənədini verən orqanlara müraciət etmək;

borclunun yerinin, əmlakının, uşağının olduğu yerin müəyyən edilməsi üçün qanunla nəzərdə tutulmuş qaydada tədbirlər görmək;

icra hərəkətləri ilə əlaqədar vətəndaşları və vəzifəli şəxsləri çağırmaq;

icra sənədlərində göstərilən digər tədbirləri həyata keçirmək;

Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada və hallarda fiziki güc, xüsusi vasitə və xidməti silah tətbiq etmək.

İcra məmurunun məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasının təmin edilməsi ilə əlaqədar aşağıdakı hüquqları vardır:

kömək üçün polis və təhlükəsizlik orqanlarının əməkdaşlarının, daxili qoşunların hərbi qulluqçularının dəvət olunması üçün icra qurumunun rəhbərinə müraciət etmək;

Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada və hallarda fiziki güc, xüsusi vasitə və xidməti silah tətbiq etmək.

Cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaları icra edən icra məmurlarının vəzifə və hüquqları Azərbaycan Respublikasının cəza-icra qanunvericiliyi ilə tənzimlənir.

Maddə 9. Fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin gözlənilməsi

Icra məmurları onlara verilən hüquqlardan qanuna uyğun istifadə etməyə və öz fəaliyyətlərində fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin pozulmasına yol verməməyə borcludurlar.

Maddə 10. Məhkəmə nəzarətçisinin və məhkəmə icraçısının tələblərinin məcburiliyi

Məhkəmə nəzarətçisinin və məhkəmə icraçısının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir.

Məhkəmə nəzarətçisinə və məhkəmə icraçısına öz vəzifəsini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilir.

Məhkəmə nəzarətçisinin və məhkəmə icraçısının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Maddə 11. Icra məmurlarınin və məhkəmə icraçılarının məsuliyyəti və onların fəaliyyətinə nəzarət

Icra məmurlarınin və məhkəmə icraçılarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə məhkəmə nəzarətçisindən və məhkəmə icraçısından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir.

Icra məmurları öz hərəkətlərinə və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Müəssisə, təşkilat, idarə və vətəndaşlara icra məmurları tərəfindən vurulmuş ziyan Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ödənilir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin icra məmurlarıistisna olmaqla icra məmurlarınin və məhkəmə icraçılarının fəaliyyətinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

Məhkəmələrin mülki, inzibati və iqtisadi mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların düzgün və vaxtında icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və hakim tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.

III fəsil. Icra məmurlarınin və məhkəmə icraçılarının təminatı

Maddə 12. Icra məmurlarınin və məhkəmə icraçılarının maddi təminatı və sosial müdafiəsi

Məhkəmə nəzarətçisinin və məhkəmə icraçısının əmək haqqı vəzifə maaşından, xüsusi rütbəyə (ixtisas dərəcəsinə) və xidmət illərinə görə verilən əlavə ödənişlərdən, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər ödənişlərdən ibarətdir.

Icra məmurlarınin və məhkəmə icraçılarının həvəsləndirilməsi, onların texniki-təminat məsələlərinin həll edilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı icra məmurlarınin və məhkəmə icraçılarının xüsusi fondunu yaradır.

Azərbaycan Respublikasının məhkəmələrinin, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının mülki və iqtisadi mübahisələrə dair işlər üzrə qərarlarının, habelə məhkəmə əmrlərinin, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarlarının, alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlərin, notariat orqanlarının icra qeydlərinin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qərarlarının məcburi icrası ilə bağlı borclunun hesabından tutulan «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində nəzərdə tutulmuş icra ödənişinin məbləği, habelə həmin Qanunun 79-cu maddəsində nəzərdə tutulmuş icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər icra məmurlarının xüsusi fonduna köçürülür

Icra məmurlarınə və məhkəmə icraçılarına məxsus əmlakın xidməti fəaliyyətləri ilə əlaqədar məhv olması və ya zədələnməsi nəticəsində vurulan ziyan icra məmurlarınə və məhkəmə icraçılarına və ya onların ailə üzvlərinə tam həcmdə ödənilir.

Bu maddədə nəzərdə tutulmuş ziyan qanunla müəyyən olunmuş qaydada sonradan təqsirkar şəxslərdən tutulmaqla Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilir.

Icra məmurlarınin və məhkəmə icraçılarının pensiya təminatı Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə həyata keçirilir.

Maddə 13. Icra məmurları xidmətinin maliyyələşdirilməsi və maddi-texniki təminatı

Icra məmurları xidmətinin maliyyələşdirilməsi və maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi, icra məmurlarınin və məhkəmə icraçılarının xüsusi fonduna daxil olan vəsait hesabına həyata keçirilir.

Icra məmurları xidmətinin maddi-texniki təminatının qaydası və normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Keçid müddəaları

Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikası məhkəmələrində fəaliyyət göstərən Ədliyyə polis bölmələri (qrupları) bu qanunda nəzərdə tutulan icra məmurları xidməti təşkil edilənədək qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirirlər.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 28 dekabr 1999-cu il

№ 782-IQ

«Azərbaycan» qəzetində dərc edilmişdir (16 yanvar 2000-ci il, № 11).

Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc edilmişdir (31 yanvar 2000-ci il, № 1, maddə 18)

12 oktyabr 2001-ci il tarixli, 194-IIQD nömrəli; 15 noyabr 2001-ci il tarixli, 214-IIQD nömrəli; 24 dekabr 2002-ci il tarixli, 409-IIQD nömrəli; 30 dekabr 2003-cü il tarixli, 568-IIQD nömrəli; 5 mart 2004-cü il tarixli, 598-IIQD nömrəli; 10 oktyabr 2006-cı il tarixli, 161-IIIQD nömrəli; 29 dekabr 2006-cı il tarixli, 220-IIIQD nömrəli; 16 iyun 2007-ci il tarixli, 385-IIIQD nömrəli; 18 iyun 2010-cu il tarixli; 17 may 2011-ci il tarixli, 113-IVQD nömrəli; 10 iyun 2011-ci il tarixli, 144-IVQD nömrəli; 15 noyabr 2011-ci il tarixli, 236-IVQD nömrəli qanunlara əsasən dəyişikliklər və əlavələrlə